Bank Respublika Milli Mətbuat Gününü jurnalistlərlə birgə keçirdi
143 il öncə iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan Milli Mətbuatının əsası qoyulmuşdur. Bu əlamətdar tarixlə bağlı olaraqBank Respublika ölkənin aparıcı media nümayəndələri üçün Qusar rayonunda 2 günlük fərqli və faydalı press tur təşkil etdi.
Press tur Milli mətbuatımızın banisi, görkəmli ədib və mütəfəkkir Həsən bəy Zərdabinin məzarı ziyarət edilməklə başladı.Daha sonra press tur iştirakçıları Qusar şəhərinə səyahət edərək orada yerləşən otellərin birində peşəkar biznes və həyat kouçu Könül Babayeva tərəfindən maraqlı və faydalı təlim keçdilər. Təlimçi jurnalistlərə həyat və biznes məqsədlərinə necə çatması üzrə önəmli məsləhətlər verdi. İnteraktiv keçən təlimdə media nümayəndələri də öz təcrübə və fikirlərini bölüşdülər.
Təlimdən sonra iştirakçılar üçünQusar rayonunda yerləşən vəBank Respublikanın uzun müddətdir dəstək verdiyi biznes təsərrüfatlarından birinin meyvə bağlarına ekskursiya təşkil olundu.Qeyd edək ki, 210 hektardan artıq birərazidə yerləşən təsərrüfatda müxtəlif növ meyvə növləri yetişdiirlir və xarici ölkələrə ixrac edilir. Ekskursiya zamanı media nümayəndələrinə müxtəlif növ meyvələrin yetişdirilməsi, yığılması, qablaşdırılması prosesi haqqında məlumat verildi. İştirakçılar meyvələrin saxlandığı xüsusi soyuducularla, meyvələri təmizləyən və qablaşdıran avadanlıqlarla tanış oldular.
Növbəti gün Bank iştirakçılar üçünQafqaz sıra dağlarının şimal-şərqində yerləşən Laza kəndinə səfər təşkil edərək onlara səfalı yerlərlə tanışlıq imkanı yaratdı.
İki gün davam edən press tur Qubada 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksinin ziyarət etməklə yekunlaşıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















