Gələn il ABŞ-da neft hasilatı ən yüksək səviyyəsinə çatacaq - NEFT UCUZLAŞIR
ABŞ-da hasilat artır, OPEC-in planının təsiri azalır
Neft qiymətləri, ABŞ-da özəl sektorun açıqladığı faktların xam neft ehtiyatlarının artdığını göstərməsi və bunun nəticəsində, ABŞ-da şist nefti istehsalçılarının artan hasilatlarının OPEC-in hasilatın azaldılması planının təsirlərini azaldacağı narahatlıqlarının güclənməsi ilə ucuzlaşır.
"Marja" xəbər veri ki, ABŞ-da özəl sektorun dəstəklədiyi Amerika Neft İnstitutunun məlumatlarına görə, xam neft ehtiyatları keçə həftə 14.2 milyon barel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların isə ehtiyatların ardıcıl beşinci həftədə da artdığını göstərməsi gözlənilir. Enerji İnformasiya İdarəsinin yenilənən proqnozlarına görə, ABŞ-da neft hasilatı gələn il 1970-ci ildən bu yana ən yüksək səviyyəsinə çatacaq.
Neft, 1 Yanvarda qüvvəyə minən və Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkə arasında imzalanan istehsalı azaltmağa yönəlmiş müqavilədən bəri 50 dolların üzərində dalğalanır. Orta Şərqli istehsalçılar istehsal azaldılması ilə bağlı öhdəliklərinə riayət edərkən, Rusiya qarşıdakı dövrdə hasilatı azaldacağını bildirib. ABŞ-da neft hasilatı, qazılan quyuların sayının 2015-ci ilin Oktyabr ayından bu yana ən yüksək səviyyəsinə çıxması ilə bərabər artım göstərir.
"OPEC-in hasilatı azaltmasına baxmayaraq, böyük həcmlərə çatmış ehtiyatların daha normal səviyyələrə qayıtmasının zaman alacağı şəklində bir bazar hissi var. Bu vəziyyət neft qiymətlərini 50 dollardan aşağı düşməsinə zəmin ayaradır",- analitiklər bildirirlər.
Qərbi Texas Nefti(WTI) Nymex birjasına 95 sent düşərək 51.22 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 61 sent və ya 1.1 faiz düşərək çbareli 54.44 dollara qədər enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















