Sığortaya inamın zəifləməsinə görə Yol Polisi günahlandırıldı
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşəbbüsü ilə Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İcbari Sığorta Bürosunun (İSB) üçtərəfli görüşü baş tutub.
Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (Agentlik) əməkdaşları və İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov iştirak edib.
Görüşün əsas müzakirə mövzusu avtonəqliyyat hadisələri zamanı Dövlət Yol Polisi tərəfindən verilən 4 saylı arayışın Agentlik (Asan Xidmət) tərəfindən təmin edilməsi olub.
Birliyin sədri bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı Yol Polisinin 4 saylı arayışın verilməsini gecikdirməsi, bilavasitə, sığorta ödənişlərinin gecikməsinə səbəb olur. Bu isə sığortalıların nöqteyi-nəzərindən sığortaya və sığorta şirkətlərinə olan inam və etimadın zəifləməsinə gətirib çıxarır. Məsələnin sosial əhəmiyyətinin vurğulayan Birlik rəhbəri 4 saylı arayışın Agentlik tərəfindən təmin edilməsinin sığorta hadisələri hesab olunan hallar üzrə operativ qaydada sığorta ödənişlərinin verilməsi ilə nəticələnəcəyini və bununla da, sığorta bazarından məmnun müştərilərin sayını artıracağını qeyd edib. Bu məsələdə İSB-nın mövcud elektron sistem infrastrukturunun faydalı olacağı diqqətə çatdırılıb.
Bununla yanaşı, səfər sığortasının “Asan Visa” vasitəsilə elektron qaydada təmin edilməsi təklif edilib. Ölkəyə səfər sığortası olmadan səyahət edən və ölkədən gedən şəxslərin bu yolla səfər sığortasını asanlıqla əldə edə biləcəyi qeyd edilib. Eyni qaydada, səfər sığortasının səyahətdə olan şəxslərin gözlənilməz hadisələr zamanı onları kompensasiya etməsi, hətta ölüm hallarında belə repatriasiya xərclərini qarşılaması baxımından sosial yönümlü bir məhsul olduğunu nəzərə alınaraq, bu addımın ictimaiyyət üçün təşviqedici xarakter daşıdığı bildirilib.
Görüşün yekununda təklif edilən məsələlər üzrə İşçi qrupunun yaradılması və bu sahədə işlərin görülməsi nəzərdən keçirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb


















