Lisenziyası ləğv edilmiş şirkət ödənişlər həyata keçirir
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC tərəfindən hazırda üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir. Bu barədə "Marja"ya Palatadan bildirilib.
Aktivlərin məhdud olması səbəbindən ləğvetmə komissiyası tərəfindən “Sığorta fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq ödənişlərin kreditor tələblərinin mütənasib olaraq 23 faizi həcmində ödənilməsi qərara alınıb.
Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” ASC müflis elan edilmiş və onun iflası proseduruna başlanılmışdır. Bu müddət ərzində ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarının tələblərinin reyestri tərtib edilmiş və məhkəmə tərəfindən təsdiq edilmişdir. Məsələyə yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmışdır. Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















