OPEC ölkələrinin yüksək neft qiymətlərindən gəlirləri açıqlanıb
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ötən ildən Rusiya və digər hasilatçı ölkələrlə həyata keçirdiyi birgə tədbirlər nəticəsində dünya bazarlarında “qara qızıl”ın qiymətinin qalxmasından təşkilata üzv ölkələrin əldə etdiyi gəlirlər açıqlanıb.
“worldoil.com” saytı xəbər verir ki, ümumilikdə OPEC ölkələrinin 2017-ci ildə əldə etdiyi gəlirlər 28 faiz artaraq 578 milyard dollar təşkil edib. Təşkilatın 14 üzvünün birgə qərarı ilə hasilatın azaldılması nəticəsində ən çox gəlir əldə edən ölkə Liviya olub. Belə ki, ötən il bu ölkənin xam neft satışından qazancı 61 faiz artıb. Lakin gəlirlərin artması uzun illərdir silahlı münaqişə nəticəsində neft sənayesində böhran yaşayan Liviyaya edilən güzəştlərin sayəsində olub. Ölkənin neft şirkəti bu vəsaiti dağılmış neft infrastrukturunun bərpasına və hasilatın iki dəfə artırılmasına sərf edəcək.
Yüksək neft qiymətlərindən ən çox qazanan ikinci OPEC ölkəsi isə Qətərdir. Bu ölkənin Körfəz hasilatçıları ilə siyasi münaqişəsi gəlirlərin 55 faiz artmasına əngəl olmayıb. Birləşmiş Ərəb Əmirlikləri bu siyahıda üçüncü, hasilatı ən çox azaldan Səudiyyə Ərəbistanı isə dördüncü yerdədir.
Gəlirlərin qeyri-bərabər bölünməsinə baxmayaraq, Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox ölkələr büdcə kəsirlərinin azaldığını bildiriblər.
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
© Azərtac
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















