Neft Orta Şərqdəki gərginlik ilə bu həftə də bahalaşdı
Orta Şərqdəki gərginliyin artması və Beynəlxalq Enerji Agentliyinin (IEA) qlobal ehtiyatların azaldığını açıqlaması ilə əlaqədar olaraq bu həftə də neft qiymətləri yüksəlib. ABŞ-ın İrana yenidən sanksiya tətbiq edəcəyini açıqlaması, OPEC-in üzvü olan Venesuelada siyasi problemlər və iqtisadi qeyri-sabitliyə görə ölkənin hasilatının azalması da neft qiymətlərinə təkan verib.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qiymətlərdəki son hərəkətlərin geosiyasi proseslərdən qaynaqlandığını söyləyərək neft bazarındakı volatilliyə dair narahat olduqlarını dilə gətiriblər.
Beynəlxalq Enerji Agentliyi, OPEC və tərəfdaşlarının hasilatın azaldılması müqaviləsilə qlobal təklifi çoxluğunun nəhayət aradan qalxdığını qeyd edib, ancaq yüksək qiymətlərin istehlakı (tələbi) azaldacağı barədə xəbərdarlıq edib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Dünən Brent neftinin qiyməti 2014-cü ilin sonlarından bu yana ilk dəfə 80 dolları keçmişdi.
Analitiklər bildirirlər ki, Venesuela və İrandakı geosiyasi qeyri-müəyyənliklər kimi məsələlər neftin qiymətinin yuxarı istiqamətdə hərəkət etməsini təmin edəcək.
Bakı vaxtı ilə saat 8:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) 71.62 dollardan, Brent nefti, 79.57 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
-
5 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq






















