BoJ pul siyasətini dəyişdirmədi
Yaponiya Mərkəz Bankının (BoJ) dünən başlayan və bu gün sona çatan pul siyasəti toplantısında verilən qərarlar açıqlanıb.
"Marja" xəbər verir ki, BoJ siyasət şərtlərini dəyişdirməyərək faiz mənfi 0,1-də saxlayıb.
Bank monetar təşviqi də illik 80 trilyon yendə sabit saxlayıb.
Qərar mətnində, BoJ-un 2 faiz inflyasiya hədəfinə çatana qədər yumuaq pul siyasətinin davam edəcəyi vurğulanıb.
Mətndə, Yaponiya iqtisadiyyatının son dərəcə çevik maliyyə şərtləri və hökumətin geniş miqyaslı təşviq tədbirləri sayəsində potensialının üzərində bir sürətlə böyüməyə davam etdiyi bildirilərək, iqtisadi fəallıq üzərindəki aşağı və yuxarı istiqamətli risklərin tarazlandığı qeyd edilib.
Bir əvvəlki mətndə yer alan "2%-lik inflyasiya hədəfinə 2019 maliyyə ilində çatılacağı" ifadəsi çıxarılaraq, əvəzində "Baza inflyasiyanın gələn il çox dəyişməsini və ya sabit qalmasını gözləyirik",- deyilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 25 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti





















