Amazon-un ilk rübdə gəlirləri və xalis mənfəəti artıb
ABŞ-ın e-ticarət nəhəngi Amazon, bu ilin ilk rübündə gəlirlərinin və xalis mənfəətinin artdığını bildirib.
"Marja"nın məlumatına görə, Amazon-dan bildiriblər ki, bu ilin ilk rübündəki gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz artımla 51 milyard dollar təşkil edib. Şirkət, keçən ilin yanvar-mart dövründə 35,7 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin bu ilin ilk rübündəki xalis mənfəətinin də ötən ilin eyni dövrü ilə müqayisədə 125 faiz artımla 1,63 milyard dollara yüksəldiyi bildirilib. Amazon, ötən ilin ilk üç ayında 724 milyon dollar xalis qazanc açıqlamışdı.
Keçən ilin ilk üç ayında şirkətin bir səhmə düşən mənfəətinin 1,48 dollar olduğu qeyd edilən açıqlamada, bu ilin eyni dövründə həmin məbləğin 3,27 dollara çatdığı məlumatına yer verilib.
Amazon-un bu ilin ilk rübündə gəlirində və mənfəəində artım baş verməsinin ardından şirkətin Nyu York Birjasında əməliyyat görən səhmləri bahalaşıb. Şrkətin səhminin dəyəri 1627 dollara qalxaraq 7,2 faiz dəyər qazanıb.
Mütəxəssislər, Amazon-un səhmlərində əsl yüksəlişin bu gün baş verəcəyini qeyd ediblər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti





















