Milli Məclis “Kredit büroları haqqında” qanuna dəyişiklikləri təsdiq edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kredit büroları haqqında” qanuna dəyişikliklər müzakirə olunaraq təsdiqlənib.
Dəyişikliyə əsasən, borcalanlar barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) olan bütün məlumatlar bu sənədin qüvvəyə mindiyi gündən 3 il müddətində fəaliyyətə başlayan istənilən kredit bürosuna onun müraciəti əsasında birdəfəlik və ödənişsiz veriləcək. Hazırki qanunda sözügedən müddət 2 ildir.
Həmçinin mövcud qanunun 23.3-cü maddəsinə edilməsi planlaşdırılan əlavəyə əsasən, MKR-dən istifadəçilərə məlumat verilməsi bu il aprelin 1-dən dayandırılıb. Həmçinin kredit təşkilatları, aralarında hüquq münasibətləri bu ayın sonuna qədər yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilər.
Hazırkı qanunda kredit tarixçələrinin məlumat bazasından istifadəyə görə xidmət haqqının məbləği müvafiq informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq ola bilməz. Dəyişikliklə bu tələb qanundan silinir.
Qeyd edək ki, “Kredit büroları haqqında” qanuna dəyişiklik kredit bürosunun fəaliyyətə başlaması ilə əlaqədar qüvvədə olan qanunun tətbiqi zamanı meydana çıxan boşluqların aradan qaldırılması, habelə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Kredit bürosu kredit tarixçəsi subyektnin kredit tarixçəsini təşkil edən, məlumatları toplayan, saxlayan, təhlil edən və kredit hesabatalarını verən, həmçinin “Kredit büroları haqqında” qanunla qadağan olunmayan fəaliyyət növləri ilə məşğul olan qurumdur. Artıq ölkədə ilk kredit bürosu - “Azərbaycan Kredit Bürosu” MMC təsis edilib, nizamnaməsi, idarəetmə orqanları formalaşdırılıb və fəaliyyətə başlayıb.
Xatırladaq ki, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda da dəyişiklikliklər də bu gün müzakirə olunaraq təsdiqlənib. Bu dəyişikliklər “Kredit büroları haqqında” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb və banklar və bank olmayan kredit təşkilatları tərəfindən borcalanlar haqqında məlumatın MKR-ə mexanizmini dəqiqləşdirmək, eləcə də reyestrdə toplanan məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır.
"Banklar haqqında" qanundakı dəyişikliklərə əsasən banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.
Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında" qanunla tənzimlənir.
©Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 13 saat sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















