İşsizlikdən sığorta qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşdi
Azərbaycanda işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib.
Bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik edilir.
Məcəllənin 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinin adı dəyişdirilir. Dəyişikliyə əsasən, maddənin adının “Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” olması təklif edilir.
Maddəninin 1-ci bəndində də dəyişiklik edilir. Belə ki, bəndə “işsizlikdən sığorta” sözü əlavə edilir. Bəndə əsasən, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ya görə cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İşsizlikdən sığorta haqqında İnzibati Xətalar Məcəlləsində də cəza mexanizminin olması təklif olunur.
Məcəlləyə yeni 477-1-ci maddəsi əlavə olunur:
477-1.1 Sığortedən tərəfindən işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması, yəni:
477-1.1.1 sığorta edən kimi sığortaçıdaqeydiyyata durmamasına,
477-1.1.2 İşçilərin işsuizlikdən sığorta etdirməməsinə,
477-1.1.3 “İşsizlikdən sığorta haqqında” qanunla müəyyən edilən qaydada, məbləğdə və vaxtda sığorta haqqının sığortaçıya ödənilməməsinə,
477-1.1.4 Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyöun olaraq, işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əmək haqqı barədə sığortaçıya rəsmi məlumat verməməsinə,
477-1.1.5 Sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya təqdim etməməsinə,
477-1.1.6 Mülki Məcəllə ilə müəyyən edilən hallarda özünün yenidən təşkil olunması və ya ləğv edilməsi barədə sığortaçıya məlumat verməməsinə,
477-1.1.7 Sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmamasına və bu barədə sığortaçıya və hesabatın təqidm edilməməsinə, sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanılmasının təmin edilməməsinə görə fiziki şəxslər 100 manat məbləğdə, vəzifəli şəxslər 200 manat məbləğdə, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
477-1.2. Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan “İşsizlikdən sığorta haqqında” qanunla müəyyən olunan hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə inzibati xəta nəticəsində vurulan ziyanın 1 misli miqdarında cərimə edilir.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
4 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Ən çox oxunanlar
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord




























