"Depozitlər qısamüddətli olduğundan, qısamüddətli kreditlər verə bilirik"
"İnvestisiya bankçılığı bazarın yeni trendlərindən biridir. Banklar artıq anlayır ki, yeni gəlirlər qazanmaq üçün ölkə hüdudlarından kənara çıxmaq lazımdır".
"Marja" xəbər verir ki, bunu “Unibank” Kommersiya Bankı İdarə heyəti sədrinin 1-ci müavini, Baş risk inzibatçısı Asəf Hüseynov bildirib.
O, "Digər bir tendensiya yəqin ki maliyyə sektorunun şaxələnməsi olar" deyərək sözlərinə belə davam edib:
"Azərbaycan bank sektorunda mövcud makroiqtisadi vəziyyətdə təəssüf ki, maliyyələşmə mənbələri ancaq depozitlərdir. Depozitlər isə qısamüddətli olduğundan, banklar bu vəsaitlər hesabına yalnız qısamüddətli kreditlər verə bilirlər. Banklar kiçik və orta sahibkarlığı və yaxud hansısa startup-ları dəstəkləmək üçün uzunmüddətli maliyyələşmə mənbəyi olaraq çıxış edə bilmirlər. Uzunmüddətli maliyyə mənbələrini həyata keçirmək üçün özəl təqaüd fondlarının yaranmasına zərurət var ki, bu mənbələri kimi yalnız dövlət vəsaitləri çıxış etməsin. Hazırda Azərbaycanda uzunmüddətli maliyyələşmə mənbələri yalnız dövlət fondları- İpoteka fondu, Sahibkarlığa Kömək Milli Fondudur. Kredit Zəmanət Fondunun işə düşməsini gözləyirik. Bu isə təbii ki, biznesi daha böyük pullarla maliyyələşdirməyə yetərli deyil. Özəl təqaüd fondları minimum 10 illik yığımlar həyata keçirə bilər. Bu fondlar öz vəsaitlərini hansısa bir yerə investisiya edərək, daha uzunmüddətli saxlaya bilirlər. Bank əmin olacaq ki, həmin fondun vəsaitləri 1-2 il deyil, daha uzunmüddətli qala bilər və stabildir. Stabil maliyyələşmə mənbəyi olduğuna görə, bank da biznesin tələbatına cavab verən uzunmüddətli kreditlər ayıra bilər. Uzunmüddətli kreditləşməni həyata keçirmək üçün təqaüd fondlarının yaradılması çox yaxşı çıxış yolu olardı".
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 58 d. əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı








.png)














