Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şirkətlərdən də alınan bir sıra dövlət rüsumları ləğv edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlərdən də alınan bir sıra dövlət rüsumları ləğv edilir

Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün verilən dövlət rüsumları ləğv edilir.

 

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

 

Dəyişikliyə görə, qanunun 18.35 – 18.47-ci maddələri ləğv edilir. Mövcud qanunvericiliyə görə, əmtəə nişanı üçün – 45 manat, coğrafi göstərici üçün - 30 manat, kollektiv nişan üçün - 60 manat, əmtəə nişanları və coğrafi göstəricilərin qeydə almması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlət verilməsi üçün - 30 manat, Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün - 25 manat, Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün - 10 manat, İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün - 10 manat, iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün - 35 manat, iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 20 manat, qeydə alınmış bir ədəd əmtəə nişanı üçün - 60 manat, qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat, Qeydiyyata alınmış əmtəə nişanma dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün - 60 manat, bir ədəd əmtəə nişanı üçün - 80 manat, bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün – 50 manat, Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrdə dəyişikliklərin aparılması üçün - 11 manat dövlət rüsumu ödənilir.

 

Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün: Əmtəə nişanı üçün - 95 manat, coğrafi göstərici üçün - 45 manat, kollektiv nişan üçün - 145 manat, Qeydiyyatın qüvvədə olma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 aya görə, hər ay üçün: əmtəə nişanı üçün - 5 manat, coğrafi göstərici üçün - 5 manat, kollektiv nişan üçün - 5 manat, Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün - 20 manat, Patent müvəkkillərinin qeydiyyata alınması üçün - 5 manat, Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün - 10 manat, Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün - 5 manat dövlət rüsumu ödənilir.

 

Dəyişikliyə görə isə yuxarıdan göstərilənlərə görə dövlət rüsumu ləğv edilir.

 

© Modern

14.02.2018 09:42
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19