"Manatın daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur"
Samir Şərifov Manatın daha da bahalaşma meylində olduğuna, lakin buna iqtisadi qurumların imkan vermədiyinə işarə edib
2017-ci il Azərbaycanda iqtisadi baxımdan sabitləşmə ili kimi yadda qalacaq.
Bunu maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu il hökumət daha çox ölkə iqtisadiyyatının 2015-2016-cı illərdə məruz qaldığı xarici şokların təsiri ilə yaranmış problemlərin həlli ilə məşğul olub və makro-iqtisadi vəziyyətin sabitləşməsinə səy göstərib:
"Artıq görülmüş tədbirlər nəticə verib və 11 aylıq statistika göstərir ki, iqtisadiyyatda sabitləşmə baş verib. Azərbaycanın iqtisadi vəziyyəti əvvəlki illərlə müqayisədə daha sabitdir".
Nazir qeyd edib ki, milli valyutanın məzənnəsi ilin əvvəli ilə müqayisədə 3,4%, fevral ayına nisbətən isə 10%-dən çox bahalaşıb:
"Azərbaycan manatının məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur (Red: Manat daha da bahalaşmağa meyillidir). Bu da manata olan inamın tədricən bərpa olunmasının göstəricisidir".
"2017-Cİ İLİN YEKUNUNDA 0,2% AZAMA GÖZƏYİRİK"
"Azərbaycan iqtisadiyyatında ötən ildən geriləmə olsa da, bu il onun sürəti xeyli azaldılıb. Sözügedən göstərici ötən ilki 3,9%-dən bu il 0,2%-ə endirilib və bu ilin yekununda Azərbaycanda təxminən bu qədər iqtisadi geriləmə gözləyirik", - maliyyə naziri deyib.
Nazir vurğulayıb ki, bu ilin əvvəlindən Azərbaycanın xarici ticarət saldosu müsbətə doğru dəyişib və təxminən 5 milyard dollarlıq göstərici əldə olunub: "Doğrudur, burada neftin qiymətinin artmasının da rolu var, amma hər halda idxalın əvəzləşdirilməsi və ixracın sürətlənməsi nəticə verməkdədir. Ölkəyə daha çox valyuta daxil olub. Bu, Azərbaycanın tədiyyə balansına da müsbət təsir edib".
Samir Şərifovun çıxışı: http://www.myvideo.az/tv/aztv/2017-12-27/21:14:55
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
12 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 15 d. əvvəl
- 20 d. əvvəl
- 25 d. əvvəl
- 33 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib





.jpg)








.jpg)






