Ölkənin ən fəal bankı seçilib
"Bankçılıq Mükafatları 2017" tədbiri zamanı Azərbaycan Banklar Assosiasiyası (ABA) quruma üzv təşkilatları və tərəfdaşlarını mükafatlandırıb. Dövlət bankı Azər Türk Bank da mükafat alanlar sırasındadır.
Dekabrın 21-də ABA-ya üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-lər və digər dəvətlilər iştirak edib.
Mükafatlandırma mərasimi zamanı Azərbaycan Banklar Assosiasiyası prezidenti Zakir Nuriyev qeyd edib ki, 2017-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. Bu işlərin reallaşdırılmasının ABA üzvlərinin aktiv dəstəyi, yaxından iştirakı və etimadı sayəsində mümkün olduğunu söyləyən Zakir Nuriyev bütün üzv-təşkilatlara və ABA-nın fəaliyyətinə dəstək verən hər kəsə təşəkkürünü bildirib.
ABA qeyd edilən istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ölkənin ən fəal banklarını seçib.
Belə ki, Azər Türk Bank il ərzində çoxsaylı layihələrin birbaşa təşkilatçısı və tərəfdaşı olması səbəbilə “Korporativ sosial məsuliyyət” və “Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyaları üzrə ilin ən fəal bankı olaraq mükafatlandırılmışdır.
Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, Azər Türk Bankın səhmlərinin 75 faizi dövlətə məxsusdur. Daim yenilikçi və innovativ olan Azər Türk Bankın bu cür layihələrə dəstək verməkdə niyyəti Korporativ Sosial Məsuliyyət anlayışını ölkədə bütün müəssisələr üçün bir çağırışa çevirmək, həmçinin gənclərin bilik və bacarıqlarını təkmilləşdirməkdə, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməsində onlara dəstək verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
20 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
25 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
32 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 43 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb






.jpg)
.jpg)









.jpg)









