Azərbaycan bankı nüfuzlu mükafatın qalibi oldu
Beynəlxalq maliyyə jurnalı “The Banker” tərəfindən Londonda 18-ci “İlin Bankı” mükafatının təltif edilməsi mərasimi keçirilmişdir. Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədən bu nüfuzlu mükafatın qalibi olmuşdur.
Bu il bu mükafat dünyanın 140-dan çox ölkəsindən aparıcı banklara təltif edilmişdir. PAŞA Bank ilə yanaşı bu mükafat Raiffeisen Bank, Societe Generale, BNP Paribas v s. bu kimi beynəlxalq maliyyə təşkilatlarına da təltif edilmişdir.
PAŞA Bankın İdarə heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə belə bir nüfuzlu beynəlxalq mükafatın alınması ilk növbədə Bankın güclü maliyyə təşkilatı kimi tanınmasının təzahürüdür.
"Artıq bu gün biz deyə bilərik ki, 2017-ci il üzrə əsas nailiyyətlərimiz biznes həcmlərinin aktiv şəkildə artırılması və kredit portfelinin yüksək keyfiyyətinin saxlanılmasından ibarət olmuşdur. Bunları nəzərə alaraq bu mükafata layiq görülməyimizi biz təkcə Bankın deyil, həm də bütün müştərilərimizin uğuru kimi qiymətləndiririk. Bu il ərzində PAŞA Bankda mənimsənilmiş “nou-xau” bizə və müştərilərimizə daha da səmərəli əməkdaşlıq qurmağa və tərəfdaşlığın yeni səviyyəsində çıxmağa yardım etmişdir", - deyə Kazımov öz fikrini yekunlaşdırmışdır.
“Financial Times” nəşriyyat qrupunun bir hissəsi olan “The Banker” jurnalı 1926-cı ildən etibarən dərc olunur və aparıcı beynəlxalq maliyyə nəşriyyatlarından biridir. Mükafat qaliblərinin siyahısını müəyyən edərkən jurnalın redaksiyası təkcə bankların maliyyə nəticələrini deyil, həm də inkişaf strategiyalarının həyata keçirilməsi və yeni standart və texnologiyaların tətbiq edilməsi sahəsindəki nailiyyətləri nəzərə alınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 10 d. əvvəl
-
- 12 d. əvvəl
-
24 d. əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 34 d. əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
Ən çox oxunanlar
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın



















