Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində İdarə Heyəti sədrinin müşaviri Elmar Abasovun rəhbərliyi və Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən iri ticarət şəbəkələrini birləşdirən Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin sədri Araz İmanov və birliyin üzvləri ilə görüş keçirilib. Görüş zamanı ictimai birlik üzvləri tərəfindən açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı mövcud çətinliklər, o cümlədən icazə prosedurları, texniki tələblər və praktiki tətbiq zamanı yaranan məsələlər diqqətə çatdırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində İdarə Heyəti sədrinin müşaviri Elmar Abasovun rəhbərliyi və Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən iri ticarət şəbəkələrini birləşdirən Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin sədri Araz İmanov və birliyin üzvləri ilə görüş keçirilib.
Görüş çərçivəsində ölkədə açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi sahəsində həyata keçirilən islahatlar, şəffaflığın artırılması istiqamətində görülən tədbirlər, o cümlədən "360 dərəcədə təsbit" texnologiyası ilə açıq məkandakı reklamların ölçülərinin, növünün və zonasının avtomatik sistemə ötürülməsi və açıq məkandakı reklamların müasir tələblərə uyğun təşkili məsələləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda, paytaxt və regionlardakı açıq məkandakı reklamların estetik vizual mühitinin formalaşdırılması, ümumi görünüşünün yaxşılaşdırılması məqsədilə icra olunan layihələr diqqətə çatdırılıb.
Bildirilib ki, açıq məkandakı reklamların yerləşdirilməsi sahəsində innovativ yanaşmaların tətbiqi, müasir reklam daşıyıcılarının quraşdırılması və vahid standartların formalaşdırılması istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədi reklam fəaliyyətinin səmərəliliyinin artırılması ilə yanaşı, sahibkarlıq subyektləri üçün daha əlverişli mühitin təmin olunmasıdır.
Görüş zamanı ictimai birlik üzvləri tərəfindən açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı mövcud çətinliklər, o cümlədən icazə prosedurları, texniki tələblər və praktiki tətbiq zamanı yaranan məsələlər diqqətə çatdırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tərəflər dövlət qurumları ilə sahibkarlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə institusional dialoqun genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Gələcək əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət mexanizmlərinin gücləndirilməsi məqsədilə memorandumun imzalanmasının mümkünlüyü də diqqətə çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
22 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
53 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 58 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























