Palata sığorta rəhbərlərinin bilik və bacarığını yoxlayacaq - SİYAHI
Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün cari ilin 11, 13, 14 və 15 dekabr tarixlərində sığorta şirkətlərində rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər və sığorta agentləri üçün attestasiya keçirəcək.
“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada 9 nəfər rəhbər şəxsin və 23 nəfər sığorta agentinin iştirakı planlaşdırılır.
Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Attestasiya – 1) bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin etmə; 2)bir şəxsin bilik bacarığı haqqında xarakteristika; 3)işçinin bilik və ya bacarığını yoxlayan komissiyadan keçməsi; 4)vəzifə attestasiyası; 5)işçinin və ya şagirdin ixtisasının, bilik səviyyəsinin müəyyən edilməsi: onun tutduğu vəzifəyə uygun olmasını yoxlamaq üçün aparılır. Bir sıra idarə və təşkilatlarda işçiyə dərəcə, ad, rütbə və s. verildikdə attestasiyadan keçirilməsi tələb olunur; 6)işçinin bilik və ixtisas səviyyəsinin, həmin işçinin tutduğu vəzifəyə, tutmaq iddiasında olduğu yerə müvafiqliyinin müəyyən edilməsi; 7) işçinin ixtisasına müvafiq olaraq ona əmək haqqı kateqoriyasının müəyyən edilməsi;
Attestasiyada iştirak edənlərin siyahısı əlavə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























