Güzəştli mənzillər üzrə aylıq ödənişlər nə qədər olacaq – MƏBLƏĞLƏR
2018-ci ilin yayında Azərbaycanda ilk dəfə inşa olunan sosial evlər (Güzəştli mənzil) layihəsi əhaliyə təqdim ediləcək.
Yasamal rayonunun ərazisində inşa edilən kompleksdə 1843 mənzil var. Binalarda mənzillər 1 otaqlı, 2 otaqlı və 3 otaqlıdırlar. 1 otaqlı mənzillər 33 m2, 2 otaqlılar 53-55 m2, 3 otaqlılar isə 70 kvadratmetr olacaq.
Bu mənzilləri Azərbaycan İpoteka Fondunun güzəştli kreditləri ilə -ilkin 10% ödənişlə, illik 4%-lə 3-25 illik müddətə almaq olacaqdır.
Güzəştli mənzillər bazar qiymətindən 20-25% aşağı qiymətə satılacaqdır.
Hazırda kompleksin tikildiyi Yasamal rayonu ərazisində orta qiymət 1 kvadratmetr üçün 1492 manatdır. Məlumata görə, sosial evlərin qiyməti bundan 20-25% az, yəni 1125-1200 manat arasında dəyişəcəkdir.
Evlərin sahəsini, hər kvadratmetrin qiymətini və kredit şərtlərini nəzərə alaraq hər bir evin alınması üçün ayıq ödəqişi hesablamaq olar.
Yuxarıda deyilənləri nəzərə alaraq, birotaqlı güzəştli mənzilin qiyməti təxminən 38 min manat, iki otaqlının qiyməti 63,2 min manat, 3 otaqlı sosial evin satış qiyməti isə 81 min manat olacaq.
Bu evlərin alınması üçün kredit götürən zaman 10% ilkin ödəniş tələb edilir. Bunlar isə 1-2-3 otaqlı evlər üçün 3800 manat, 6300 manat və 8100 manat təşkil edir. Yerdə qalan məbləğ isə kredit götürülür - 1 otaqlı üçün 34 200 manat, 2 otaqlı üçün 56 900 manat, 3 otaqlı üçün 72 900 manat kredit götürüləcək.
Kredit 25 illiyə götürülərsə orta aylıq ödənişlər – 1 otaqlı üçün ayda 180 manat, 2 otaqlı üçün ayda 300 manat, 3 otaqlı mənzillər üçün isə ayda 385 manat edir.
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















