EBRD gələn il TAP layihəsinə sindikatlaşdırılmış kredit ayırmağı düşünür
"Azərbaycanın iştirak etdiyi qaz layihələri Avropa üçün enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası baxımından çox əhəmiyyətlidir."
Bunu açıqlamasında Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Fransis Malij (Francis Malige) deyib.
F.Malijin sözlərinə görə, EBRD-nin maliyyələşdirdiyi qaz layihələri iki cəhətdən strateji əhəmiyyətə malikdir:
“Öncə dediyim kimi, bu, Avropanın enerji mənbələrinin diversifikasiyası və enerji təhlükəsizliyi baxımdan əhəmiyyətlidir. Həmçinin bu layihələr Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neft-qaz sektorundan asılılığını azaltmaq üçün də əhəmiyyət daşıyır”.
EBRD rəsmisi deyib ki, təmsil etdiyi bank 2018-ci ildə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini maliyyələşdirə bilər: “Gördüyüm qədər, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üçün əlavə vəsait ayırmağa ehtiyac yoxdur. Amma növbəti il TAP-ın maliyyələşməsinə vəsait ayıra bilərik. Maliyyələşmə ilə bağlı bu qərarın məhz gələn il veriləcəyini düşünürəm. TANAP-dan fərqli olaraq, bu maliyyələşmə digər tərəfdaşlarla birlikdə sindikatlaşdırılmış kreditləşmə şəklində baş tutacaq”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
18 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
-
44 d. əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
2 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
Ən çox oxunanlar
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















