Təmir nəzərə alınmayacaq - Mənzilin bazar qiyməti üzrə yeni qayda
Yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən yaşayış sahəsinin təmirli olması nəzərə alınmayacaq
Nazirlər Kabineti “İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, bu qayda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin güzəştli ipoteka kreditləşməsinə yönəltdiyi vəsaitin əhali tərəfindən yaşayış sahələrinin alınmasına ayrılması zamanı yaşayış sahəsinin 1 kvadratmetri üçün güzəştli ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətini müəyyən edir.
Yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən rübdə bir dəfədən az olmayaraq bazar araşdırmaları aparılır. Araşdırmalar zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan qiymətlərin uçotu barədə məlumatları, Dövlət Statistika Komitəsinin mənzillərin və yaşayış evlərinin bazar qiymətləri barədə məlumatları, Azərbaycan Respublikasında daşınmaz əmlak bazarında fəaliyyət göstərən müstəqil qiymətləndiricilərin beynəlxalq standartlara uyğun məlumatları, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, İnternet şəbəkəsinin və digər mənbələrin elanları və reklam məlumatları mənbə kimi istifadə edilir.
İndiyə qədər yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən yaşayış sahəsinin təmirli olması, yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmış olması və yaşayış sahəsinin yerləşdiyi ərazi nəzərə alınıb. Dəyişikliyə əsasən bundan sonra yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən yaşayış sahəsinin təmirli olması amili nəzərə alınmayacaq.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















