Azərbaycan bank bazarında növbəti ilkə imza atılacaq
“Bank of Baku” iş prosesi yekunlaşmaq üzrə olan bir sıra yeniliklərini açıqlayıb.
Bankın Yeni məhsulların yaradılması komitəsinin sədri, Partnyorlarla İş və Alternativ Satışlar Departamentinin direktoru Anar Abbasovun “Marja”ya bildirib ki, ən qısa zamanda korporativ müştərilərimizə ölkədaxili hesabdan-hesaba pul köçürmələri ilə yanaşı, həmçinin ölkəxarici bank hesablarına filiala yaxınlaşmadan internet bankinq və ya mobil bankinq vasitəsilə pul vəsaitlərini köçürmə imkanı təqdim ediləcək.
“Digər mühüm yeniliklərimizdən biri isə bizim plastik kart istifadəçilərimiz üçün nəzərdə tutulub. Plastik kart müştərilərimiz indi internet və mobil bankinq, elədə də, Bankımızın rəsmi internet ünvanından http://www.bankofbaku.com/ istifadə etməklə öz kart hesablarından dünyanın istənilən Visa və MasterCard kartlarına pul köçürmələrini edə biləcəklər. Bu günə qədər, bu ancaq ölkədaxili kartlara şamil olunurdu, bu yeniliyi tətbiq etməklə, Bank of Baku, Azərbaycan bank bazarında növbəti ilkə imza atmış olur.
Son olaraq qeyd etmək istərdim ki, həm korporativ, həm də istehlak müştərilərimiz üçün bankomatların, elektron ödəniş terminallarının, elektron kommersiya üzrə xidmətlərin (onlayn alış-veriş və digər ödənişlər), Mərkəzi Məlumat xidmətinin (Call-Centre), İnternet Bankinq, Mobil Bankinq, SMS-Bankinq vasitəsilə xidmətlərin daha geniş çeşiddə göstərmək niyyətindəyik. Həyata keçirmək istədiyimiz çoxlu ideyalarımız var, bizi izləyin ki, anında məlumatınız olsun”,- Anar Abbasov bildirib.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
10 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
24 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"



















