Azərbaycanda sığortasız sürücülüklə bağlı rekord kompensasiya ödənişi!
Cari ilin 9 mart tarixində Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan “Ford” markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilmişdir. Bu barədə “Marja”ya İcbari Sığorta Bürosundan bildirilib.
Kompensasiya ödənişlərinin verilməsinə əsas, hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olmuşdur. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1.3-cü maddəsinin tələblərinə əsasən Büro tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin Qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olmamasıdır.
Qeyd etmək lazımdır ki, sözügedən kompensasiya məbləği sığortasız sürücülüklə bağlı İcbari Sığorta Bürosunun tarixində qeydə alınmış rekord göstəricidir.
İcbari Sığorta Bürosu tərəfindən sığortasız sürücülüklə bağlı kompensasiya ödənişləri yalnız sağlamlığa vurulmuş zərər üzrə verilir. Kompensasiya ödənişlərinin verilməsinin şərtləri və qaydası ilə ətraflı Büronun veb-saytında (www.isb.az/kompensasiya-odenisi), həmçinin mövzuya dair hazırlanmış və Büronun veb-saytında yerləşdirilmiş maarifləndirici məqalədə tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















