Palata 3 agentin lisenziyasını ləğv etdi, 2 brokerə lisenziya verdi
Lisenziya sahiblərinin könüllü müraciətləri əsasında “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq sığorta agenti fəaliyyətinə “Nikoyl Lizinq Kompaniyası” MMC-yə verilmiş 01 iyun 2009-cu il tarixli, 000131 nömrəli, “Atəşgah Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 01 iyun 2009-cu il tarixli, 000135 nömrəli və “İnteqral” Qapalı Səhmdar Cəmiyyətinə 19 oktyabr 2012-ci il tarixdə verilmiş 000789 nömrəli lisenziyalar ləğv edilmişdir.
Bu barədə "Marja"ya Palatadan bildirilib.
Bundn başqa, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq “Sizin sığorta brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Avand Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə müddətsiz lisenziyalar verilmişdir.
"BAŞAK-İNAM"IN LİSENZİYASINI LƏĞV ETMİŞDİR
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 06 oktyabr 2017-ci il tarixli Qərarına əsasən “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmişdir.
Palata tərəfindən qeyd olunan qərar “Başak-İnam Sığorta Şirkəti” ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.
06 oktyabr 2017-ci il tarixdən lisenziyası ləğv olunmuş “Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















