"Bank Respublika" Avropa bankı ilə kredit müqaviləsi imzaladı
Bank Respublika və EIB Global arasında Mərkəzi Bankın hedc mexanizminin tətbiqi ilə kredit sazişi bağlandıBank Respublika və Avropa İnvestisiya Bankının (EIB) Avropa İttifaqından kənar layihələri maliyyələşdirən bölməsi olan EIB Global Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini imzalayıblar.
Marja.az xəbər verir ki, "Bank Respublika"nın geniş filial şəbəkəsi sayəsində, cəlb olunmuş vəsaitlər ölkənin bütün regionlarında fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirəcək.
Qeyd edək ki, bu əməliyyat üzrə valyuta riski Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilən hedc mexanizmi vasitəsilə idarə olunacaq.
Avropa İnvestisiya Bankının Şərq tərəfdaşlığı regionu üzrə əməliyyatlara rəhbərlik edən vitse-prezidenti Karl Nehammer bildirib:
“Kiçik və orta sahibkarlıq Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edir. Bank Respublika ilə uğurlu tərəfdaşlığımız sayəsində EIB yerli biznesin inkişafı, yeni iş yerlərinin yaradılması və innovasiyaların tətbiqi üçün zəruri maliyyəyə çıxışını təmin edir. Xüsusilə milli valyutada maliyyələşmə biznesin dayanıqlığını artırır və ölkənin özəl sektorunun güclənməsinə töhfə verir”.
Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kujundžić qeyd edib:
“Daha dərin və dayanıqlı maliyyə bazarlarının inkişafı Azərbaycanın iqtisadi transformasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Bank tərəfindən tətbiq edilən milli valyutada valyuta riskinin hedc mexanizmi banklara riskləri daha effektiv idarə etməyə və manatla kreditləşməni genişləndirməyə imkan verən mühüm yenilikdir. Bu kimi təşəbbüslər və EIB kimi institutlarla tərəfdaşlıq özəl sektorun inkişafı üçün daha əlverişli mühit yaradır”.
Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib:
“EIB Global-ın Bank Respublika-nı Azərbaycanda əsas tərəfdaşlardan biri kimi qiymətləndirərək bizə göstərdiyi etimadı yüksək dəyərləndiririk. Xüsusi olaraq, Mərkəzi Bankın bazar ehtiyaclarına müasir, çevik və proaktiv yanaşmasını qeyd etmək istərdim. Valyuta riskinin hedc mexanizminin tətbiqi beynəlxalq maliyyələşmə imkanlarını genişləndirəcək və biznesin milli valyutada kreditləşdirilməsinə əlavə təkan verəcək.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 2 saat əvvəl
-
3 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
3 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
4 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
4 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
4 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























