Bahar Residence-də “Bakı mədəni kodu: ev, şəhər və insan” mövzusunda intellektual görüş keçirilib
(®) "PMD Group" MMC və "Kvan Group" MMC-nin birgə layihəsi olan Bahar Residence-in satış ofisində şəhərin mədəni yaddaşına və memarlıq kimliyinə həsr olunmuş “Bakı mədəni kodu: ev, şəhər və insan” mövzusunda intellektual görüş təşkil olunub.
Tədbir Bakının urban inkişafı ilə yanaşı, onun ruhunu formalaşdıran məişət detallarının, ev anlayışının və insan yaddaşının roluna dair dərin müzakirə platforması kimi çıxış edib.
Görüşdə qeyd olunub ki, şəhərin kimliyi yalnız monumental memarlıq nümunələri və tarixi hadisələrlə deyil, gündəlik həyatın incə elementləri ilə də formalaşır. Pəncərə pərdəsi, divardakı xalça, günəş işığının həyətə düşməsi və ya balkondan görünən küçə mənzərəsi kimi detallar Bakının kollektiv yaddaşını yaşadan səssiz, lakin güclü simvollardır. Bu mənada şəhərin mədəni kodu çox vaxt evlərin daxilində qorunur və nəsildən-nəslə ötürülür.
İştirakçılar uşaqlıq xatirələrini oyadan həyətlər, balkonlar, ailə süfrələri, divar xalçaları və pəncərə pərdələri kimi elementlərin şəhər mədəniyyətinin ayrılmaz hissəsi olması barədə fikir mübadiləsi aparıblar. Müzakirələr Bakının tarix boyu müxtəlif mədəniyyətlərin qovuşduğu kosmopolit məkan kimi formalaşması və bu müxtəlifliyin memarlıqdan gündəlik həyat tərzinə qədər uzanan təsiri üzərində qurulub.
Tədbirin əsas müzakirə mövzularından biri müasir urbanizasiya fonunda Bakının mədəni yaddaşının, autentik atmosferinin və şəhər ruhunun necə qorunub saxlanıla biləcəyi olub.
Bahar Residence üçün bu kimi təşəbbüslər şəhərə yalnız yaşayış məkanı kimi deyil, həm də xatirələrdən, dəyərlərdən və insan hekayələrindən formalaşan canlı sosial-mədəni mühit kimi yanaşmanı təşviq edən strateji platformadır. Layihə müasir komfortu şəhərin tarixi konteksti və mədəni kontinuiteti ilə uzlaşdırmağı hədəfləyir.
Bahar Residence satış ofisi Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93 ünvanında, layihənin yerləşdiyi ərazi isə Həsən Əliyev küçəsi 82 ünvanında yerləşir. Layihə haqqında ətraflı məlumat almaq və məkanla yaxından tanış olmaq üçün *3331 qısa nömrəsi ilə əlaqə saxlayaraq fərdi görüş təyin etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 8 saat əvvəl
-
8 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
8 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
9 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
10 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















