Yapı Kredi-nin mənfəəti 62 faiz artıb
Türkiyənin iri maliyyə təşkilatı "Yapı Kredi" 2025-ci ildə xalis faiz gəlirini 91% artımla 144,6 milyard Türkiyə Lirəsinə (TL) çatdıraraq poqnozu üstələyib, xalis mənfəəti isə 47,1 milyard TL ilə bazar proqnozundan bir qədər aşağı qalıb. Bank 2026-cı il proqnozunda xalis faiz marjasında 100 baza bəndi yaxşılaşma və xərclərin artımını 35% ilə məhdudlaşdırmaq hədəfi ilə əməliyyat səmərəliliyinə fokuslandığını açıqlayıb.Azəbaycanda törəmə bankı (Yapı Kedi Bank Azərbaycan) olan "Yapı Kredi" 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
Marja xəbə vei ki, Bankın xalis faiz gəliri 2024-cü illə müqayisədə 91% artaraq 144,6 milyard Türkiyə Lirəsi (TL) təşkil edib. Bloomberg terminalında 144,27 milyard TL səviyyəsində olan bazar gözləntisinə paralel olan bu nəticə bankın əsas bankçılıq gəlirlərində artım tempini qoruduğunu göstərib.
Bankın xalis komissiya və xidmət haqları üzrə gəlirləri illik müqayisədə 51% artaraq 110,3 milyard TL-yə yüksəlib, ümumi xalis mənfəət isə illik 62% artımla 47,1 milyard TL təşkil edib. 47,1 milyard TL-lik mənfəət göstəricisi 50,44 milyard TL olan bazar proqnozundan bir qədər aşağı qalsa da, illik artım tempi diqqət çəkib.
2026-cı il üçün proqnozlar
Yapı Kredi maliyyə nəticələri ilə birlikdə 2026-cı il üzrə strateji hədəflərini də investorlarla bölüşüb.
TL-də kredit artımının 30%-dən çox olacağı gözlənildiyi halda, xarici valyutada kreditlər üzrə aşağı birrəqəmli artım hədəflənir.
Xalis faiz marjasında (NIM) 100 baza bəndi və ya daha çox yaxşılaşma proqnozlaşdırılır. Komissiya və xidmət haqları üzrə gəlirlərin artımının isə inflyasiya səviyyəsinə paralel olacağı gözlənilir.
Əməliyyat xərclərinin artımının 35% və ya daha aşağı səviyyədə saxlanılması hədəflənir, risk xərclərinin (CoR) isə 150–175 baza bəndi aralığında olacağı proqnozlaşdırılır.
Analitiklər bildirirlər ki, bankın 2026-cı il üçün müəyyən etdiyi xərclərə nəzarət və marja yaxşılaşması hədəfləri qarşıdakı dövrdə səhmlərin performansına təsir göstərə bilər.
Yapı Kredinin direktorundan açıqlama
Yapı Kredi-nin baş icraçı direktoru Gökhan Erün 2025-ci il nəticələri ilə bağlı deyib: “Həyata keçirdiyimiz əməliyyatlar sayəsində ümumilikdə 6,5 milyard dollar vəsait cəlb edərək maliyyələşmə mənbələrimizi şaxələndirdik. İlin ilk yarısında 28 ölkədən 55 bankın iştirakı ilə cəlb etdiyimiz 1,165 milyard dollarlıq sindikat krediti bankımızın tarixində ən yüksək iştiraklı əməliyyat kimi önə çıxdı. İlin ikinci yarısında isə 24 ölkədən 54 bankın iştirakı ilə cəlb etdiyimiz 1,274 milyard dollarlıq sindikat krediti ilk dəfə 3 illik müddəti əhatə etməsi baxımından tariximizdə mühüm dönüş nöqtəsi oldu”.
Erün mart ayında 500 milyon dollarlıq avrobond və dekabr ayında 500 milyon dollarlıq subordinasiya olunmuş istiqraz buraxılışlarına beynəlxalq bazarlardan 3 dəfə artıq tələb olduğunu vurğulayaraq bildirib: “Bu ilin əvvəlində son əməliyyatımıza investorların göstərdiyi yüksək maraq nəticəsində əlavə 250 milyon dollarlıq emissiya da həyata keçirdik".
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
10 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO





















