Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
ABB mobile tətbiqində ABŞ istiqrazlarının istifadəyə verilməsi investorlar üçün sabit gəlirli beynəlxalq investisiya alətlərinə çıxışı daha da əlçatan edib. Yeni imkanlar, istiqrazların üstünlükləri və ticarət mexanizmi barədə ABB-İnvest İnvestisiya Şirkəti QSC-nin (ABB Invest) İnvestisiya xidmətləri departamentinin direktoru Vüqar Tanırverdiyev ilə söhbət etdik.
– ABB Invest ABB mobile-da ABŞ istiqrazları üzrə tam rəqəmsal ticarət imkanlarını təqdim edir. Bu yenilik hansı zərurətdən yarandı?
– Son illər investorların sabit və proqnozlaşdırıla bilən gəlirə marağı əhəmiyyətli dərəcədə artıb. ABB Invest olaraq məqsədimiz bu tələbi müasir texnoloji həllərlə birləşdirərək investorlar üçün rahat və təhlükəsiz çıxış yaratmaqdır. ABB mobile üzərindən ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət imkanının təqdim edilməsi də məhz bu ehtiyacdan irəli gəlir.
- Vüqar bəy, istiqraz nədir və səhmlərdən əsas fərqi nədir?
– İstiqrazlar dövlətlərin, şirkətlərin və müxtəlif təşkilatların borc kapitalı cəlb etmək məqsədilə buraxdığı qiymətli kağızlardır. Səhmlərdən əsas fərqi ondan ibarətdir ki, istiqrazlar mülkiyyət hüququ vermir, borc alətidir və müəyyən bitmə tarixi mövcuddur. İnvestor istiqraz alarkən emitentə borc verir, əvəzində isə istiqrazın tədavül müddəti ərzində faiz gəliri əldə edir və müddətin sonunda əsas məbləği geri alır.
– Mahiyyət etibarilə istiqrazlar hansı investisiya alətinə daha yaxındır?
– Mahiyyət etibarilə istiqrazlar bank depozitlərinə daha yaxındır. Necə ki, investor bankda depozit yerləşdirərək müəyyən müddət ərzində faiz gəliri əldə edir, istiqrazlarda da oxşar mexanizm mövcuddur. Əsas fərq ondan ibarətdir ki, istiqrazlar bazarda alınıb-satıla bilir və investor istədiyi vaxt istiqrazı sataraq investisiyasını pula çevirə bilər. Üstəlik, satış zamanı istiqraz üzrə toplanmış faiz də investorun gəlirinə daxil olur.
– Bank depozitləri ilə müqayisədə istiqrazların əsas üstünlüyü nədir?
– Depozitlərdə vaxtından əvvəl çıxaran zaman bir çox hallarda faiz itkisi baş verir. İstiqrazlarda isə investor istənilən vaxt satış edə bilər və satış zamanı toplanmış faiz də ona ödənilir. Yəni investor qazandığı faizi itirmir.
– İstiqrazlar əsasən hansı investorlar üçün maraqlıdır?
– ABŞ istiqrazları əsasən ABŞ dollarında sabit gəlir əldə etmək istəyən, riskə daha konservativ yanaşan investorlar üçün nəzərdə tutulub. Bundan əlavə, istiqrazlar investisiya portfelini diversifikasiya etmək və nəticədə gəlirlilik gözləntilərinə ciddi təsir etmədən riskləri azaltmaq istəyən investorlar üçün də çox uyğun alətdir.
– ABB mobile-də təqdim olunan ABŞ istiqrazları dedikdə hansı alətlər nəzərdə tutulur?
– ABB mobile-də həm ABŞ hökumətinin buraxdığı dövlət istiqrazları, həm də tanınmış beynəlxalq şirkətlərin korporativ istiqrazları təqdim olunur. Apple, Microsoft, Coca-Cola, BP, Johnson & Johnson, Walmart, Toyota kimi şirkətlərin istiqrazları platformada mövcuddur. Bununla yanaşı, ABB mobile vasitəsi ilə ABŞ bazarında ABŞ dollarında buraxılmış digər ölkələrin dövlət istiqrazlarına da çıxış imkanı var.
– ABŞ dövlət istiqrazları niyə ən risksiz investisiya alətlərindən hesab olunur?
– ABŞ dövlətistiqrazları qlobal maliyyə bazarlarında “risksiz investisiya aləti” kimi qəbul edilir. Bunun əsas səbəbi ABŞ iqtisadiyyatının gücü, dövlətin yüksək kredit reytinqi və bu istiqrazlar üzrə likvidliyin yüksək olmasıdır. Bu amillər ABŞ dövlət istiqrazlarını investorlar üçün etibarlı sabit gəlir alətinə çevirir.
– İstiqrazlar səhmlərlə müqayisədə investor üçün hansı üstünlükləri təqdim edir?
– Əsas üstünlük daha aşağı volatillikdir. Səhmlərin bazar qiyməti qısa müddətdə əhmiyyətli dərəcədə dəyişə bilər. İstiqrazların bazar dəyəri isə əsasən emitentin (istiqrazı buraxmış təşkilatın) kredit riski və maliyyə bazarlarında faiz dərəcələrinin dəyişməsi ilə formalaşır. Əgər investor istiqrazı bitmə tarixinə qədər saxlayırsa, bazar qiymətindəki dəyişikliklər onun faktiki gəlirinə təsir etmir.
– Kredit riskini investorlar necə qiymətləndirə bilər?
– Bunun üçün beynəlxalq reytinq agentlikləri mövcuddur. S&P, Moody’s və Fitch kimi qurumlar dövlətlərin və şirkətlərin kredit risklərini mütəmadi təhlil edir və onlara müvafiq kredit reytinqləri verirlər. Bu reytinqlər dinamikdir və emitentin maliyyə vəziyyətindəki dəyişikliklərə uyğun olaraq yenilənir. Beləliklə, investor emitentə verilmiş kredit reytinqinə nəzərə yetirərək, istiqrazın və ümumilikdə emitentin nə dərəcədə riskli olduğunu müəyyən edə bilər.
– ABB Invest olaraq investorlar üçün hansı növ istiqrazlar təqdim olunur?
– ABB Invest vasitəsilə investorlar həm dövlət, həm də korporativ istiqraz bazarına çıxış əldə edirlər. Hazırda ABB mobile platformasında 200-dən artıq emitent tərəfindən buraxılmış 500-dən çox istiqraz investorların istifadəsinə təqdim olunur. Bu arada onu da qeyd edim ki, yaxın gələcəkdə Azərbaycan bazarında da tədavül edilən dövlət və korporativ istiqrazları ilə bilavasitə ABB mobile üzərindən ticarət etmək imkanı da yaradılacaqdır.
– ABŞ istiqrazları ilə ticarət saatları və sifariş qaydaları necədir?
– İstiqrazlar yalnız bazar açıq olduğu vaxtlarda ticarət olunur. Sifarişlər əsasən Bakı vaxtı ilə 18:30-dan 01:00-dək qəbul edilir. İstiqrazlar üzrə yalnız limit sifarişlər mövcuddur və sifarişlər gün sonunadək qüvvədə qalır. Gün sonuna qədər icra olunmayan sifariş avtomatik ləğv edilir.
– Minimal və maksimal investisiya məbləği ilə bağlı məlumat verə bilərsinizmi?
– ABB Invest tərəfindən ABB mobile üzərindən təqdim olunan ABŞ istiqrazlarında minimal investisiya məbləği 1 istiqrazdan başlayır. Qeyd edim ki, bu ABB mobile da müştərilərə təqdim olunan fərqli bir imkandır. Çünki bir çox hallarda ABŞ və digər xarici bazarlarda ticarət olunan istiqrazlar üzrə minimal sifariş həcmləri 50-100 min ABŞ dolları arasında dəyişir.
Maksimal investisiya məbləği üzrə isə yuxarı limit nəzərdə tutulmur – investorlar öz maliyyə imkanlarına və investisiya strategiyalarına uyğun olaraq istənilən həcmdə ABŞ dövlət və korporativ istiqrazlarına yatırım edə bilərlər.
– İstiqraz alışı zamanı investorlar hansı xərcləri nəzərə almalıdırlar?
– İstiqraza investisiya mexanizmi kifayət qədər sadə və şəffafdır. ABB mobile üzərindən ABŞ istiqrazlarının alış və satış əməliyyatları üzrə ticarət komissiyası minimum 20 ABŞ dolları olmaqla ticarət əməliyyatının 0,2% təşkil edir. Bununla yanaşı, istiqrazlar üzrə saxlanma (safekeeping) komissiyası mövcuddur. Bu komissiya illik 0.05% səviyyəsindədir və istiqraz alınan zaman əvvəlcədən tutulur.
Məsələn, investor 1 000 ABŞ dolları dəyərində istiqraz aldıqda, saxlanma komissiyası illik 0.05%, yəni 0.50 ABŞ dolları təşkil edir.
Bu zaman təbii olaraq sual yarana bilər: əgər investor istiqrazı 1 il tamam olmadan, məsələn 6 ay sonra satarsa, əvvəlcədən ödənilmiş saxlanma komissiyası geri qaytarılır?
Bu halda saxlanma komissiyasının yalnız istifadə olunmuş 6 aylıq hissəsi — təxminən 0.25 ABŞ dolları — faktiki xərc kimi qalır. Qalan məbləğ isə satış zamanı investora geri qaytarılır.
– Vergitutma baxımından ABŞ istiqrazlarının investorlar üçün üstünlükləri nədən ibarətdir?
– ABŞ istiqrazları üzrə həm kupon (faiz) ödənişləri, həm də əsas məbləğin (nominal dəyərin) geri qaytarılması ABŞ dövləti tərəfindən xarici vətəndaşlar üçün vergiyə cəlb edilmir. Bu baxımdan, ABŞ istiqrazları səhmlərdən fərqli olaraq əlavə vergi yükü yaratmır və investor üçün əldə olunan gəlir tam məbləğdə investora çatır.
– Bəs kupon (faiz) və əsas məbləğ ödənişləri hara köçürülür?
– Bütün ödənişlər investorun ABB mobile-dəki investisiya hesabına mədaxil edilir. Oradan vəsaiti istənilən vaxt bank hesabına və ya karta köçürmək mümkündür. Kupon (faiz) ödənişlərinin investisiya hesabına köçürülməsi və investisiya hesabından investorun bank hesabına məxarici zamanı komissiya tətbiq edilmir.
– Yekun olaraq, ABB Invest bu məhsulla investorlarına hansı əsas dəyəri təqdim edir?
– Məqsədimiz investorlar üçün beynəlxalq bazarlara rahat, təhlükəsiz və tam rəqəmsal çıxış yaratmaq, təqdim olunan investisiya alətlərinin növ və çeşidlərini zənginləşdirməkdir. ABB mobile-da ABŞ istiqrazları ilə ticarət imkanının yaradılması bu strategiyanın mühüm tərkib hissələrindən biridir.
- Suallarımıza ətraflı cavab verdiyiniz üçün təşəkkür edirik.
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 35 d. əvvəl
-
1 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
1 saat əvvəl
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
-
2 saat əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
-
2 saat əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 milyard manata çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Ən çox oxunanlar
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb





















