"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
AccessBank və EBRD Azərbaycanda özəl sektorun inkişafını dəstəkləmək məqsədilə strateji tərəfdaşlıqlarını davam etdirirlərAccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanda özəl sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə uğurlu əməkdaşlığını davam etdirir.
Marja xəbər verir ki, bu əməkdaşlığın nəticəsi olaraq, Risklərin Bölgüsü Proqramı (Risk Sharing Facility) çərçivəsində AzVirt şirkəti ilə yeni uzunmüddətli kredit müqaviləsi imzalanıb. Müqavilə şərtlərinə əsasən, AccessBank AzVirt şirkətinə iri miqyaslı investisiya layihələrinin həyata keçirilməsini dəstəkləmək məqsədilə 5 milyon avro məbləğində kredit təqdim edəcək.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri qeyd edib: "Risklərin Bölgüsü Proqramı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə məhsuldar əməkdaşlığımızın davam etməsindən məmnunuq. AYİB-ə Azərbaycanda özəl sahibkarlığı dəstəkləyən yüksək keyfiyyətli və uzunmüddətli tərəfdaşlığa görə təşəkkür edirik. Biz əminik ki, bu əməkdaşlıq və risklərin paylaşılması mexanizmi AzVirt kimi tərəfdaşlarımızın bizneslərini genişləndirmək üçün əlavə imkanlar yaradacaq və yalnız bu şirkətin deyil, ümumilikdə sektorun inkişafına müsbət təsir göstərəcəkdir."
AYİB-nin Azərbaycandakı rəhbəri Natali Mouravidze AzVirt və AccessBank-ı bu vacib müqavilənin tamamlanması münasibəti ilə təbrik edərək bildirib: “AYİB-in Risklərin Paylaşılması Proqramının Azərbaycanda daha da genişləndiyini görməkdən məmnunam. Tərəfdaş bankımızın bu mexanizmi real iqtisadiyyata xidmət etmək məqsədilə uğurla tətbiq etdiyini görürük. Riskləri bölüşərək və özəl sektorun etibarlı müştərilərini dəstəkləyərək biz Azərbaycanda davamlı və uzunmüddətli iqtisadi artımı dəstəkləyirik.”
Risklərin Bölgüsü Proqramı hər iki tərəfin layihələrin maliyyələşdirilməsində bərabər iştirakını, yəni 50/50 risk bölgüsünü nəzərdə tutur. Bu mexanizm Azərbaycanda özəl sektorun inkişafını stimullaşdırmaq üçün mühüm alət hesab olunur, çünki AzVirt kimi şirkətlərə öz fəaliyyətlərini genişləndirmək, innovativ texnologiyaları tətbiq etmək və yeni iş yerləri yaratmaq üçün lazım olan maliyyəyə çıxış imkanı təmin edir.
AccessBank, AYİB və AzVirt arasında bu əməkdaşlıq özəl sektorun dəstəklənməsi və Azərbaycandakı bizneslər üçün maliyyə imkanlarının yaxşılaşdırılması istiqamətində strateji yanaşmanın effektiv nümunəsidir. Həmçinin, bu tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sektorlarının davamlı inkişafını və stabilliyini təmin edərək uzunmüddətli iqtisadi artım üçün şərait yaradır.
Risklərin Bölgüsü Proqramı maliyyə sabitliyi və biznesin inkişafını təmin etmək üçün vacib bir alətdir. Gələcəkdə AccessBank və AYİB əməkdaşlıqlarını genişləndirməyi və geniş bir sahibkar kütləsi üçün kapitala çıxışı yaxşılaşdıracaq yeni maliyyə həllərini tətbiq etməyi planlaşdırırlar.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
6 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
6 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
10 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
11 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























