"Qızılın və gümüşün bahalaşması yenidən sürətlənəcək, qızıl 5000 dolları, gümüş isə 75 dolları keçəcək"
Qızılın qiyməti çərşənbə axşamı günü rekord səviyyəyə yüksələrək unsiyası 4 500 dollar həddinə çox yaxınlaşıb. Gümüşün qiyməti 69,98 dollarla rekord səviyyəyə çatdıqdan sonra 1% artaraq 69,70 dollara qalxıb.
Marja xəbər verir ki, qızıl, investorların ABŞ–Venesuela gərginliyi səbəbi ilə təhlükəsiz sığınacağa yönəlməsi ilə çərşənbə axşamı günü rekord səviyyəyə yüksələrək unsiyası 4 500 dollar həddinə çox yaxınlaşıb.
Marja xəbər verir ki, qızıl gün ərzində 4497,55 dollarla rekord səviyyəyə çatdıqdan sonra 0,9% artımla 4486,41 dollardan ticarət olunub. Fevral ayı üzrə ABŞ qızıl fyuçersləri isə 1,1% yüksələrək 4519,70 dollara çatıb.
Bakı vaxtı ilə saat 11:15-də qızıl 0,85% bahalaşma ilə 4485,44 dollara ticarət olunub.
KCM Trade Baş Bazar Analitiki Tim Waterer bildirib: “ABŞ–Venesuela arasındakı gərginlik, qeyri-müəyyənliyə qarşı qorunma vasitəsi kimi qızıla investorların diqqətini saxlayır.”
Waterer əlavə edib ki, ABŞ faiz dərəcələrinin daha da yumşalacağı gözləntisi ilə bu həftə qızıl, daha geniş miqyaslı portfel dəyişikliklərinin bir hissəsi olaraq kəskin artıb.
Waterer alıcıların qiymətli metalları portfellərini şaxələndirmək və dəyəri qorumaq üçün effektiv bir vasitə kimi görməyə davam etdiyini vurğulayaraq bildirib: “Qızıl və ya gümüşdə hələ zirvəyə çatdığımızı düşünmürəm.”
ABŞ Prezidenti Donald Tramp ötən həftə sanksiyalar çərçivəsində bütün neft tankerlərinin Venesuelaya giriş və çıxışlarını əhatə edən “blokada” elan edib.
Qızıla əlavə dəstək isə Trampın yanvar ayının əvvəlinə qədər ABŞ Mərkəzi Bankına yeni rəhbər təyin edə biləcəyi xəbərlərindən gəlib. Bazarlar, daha yumşaq pul siyasəti gözləntisi ilə gələn il iki faiz endirimi qiymətləndirir.
Gümüşün qiyməti 69,98 dollarla rekord səviyyəyə çatdıqdan sonra 1% artaraq 69,70 dollara yüksəldi. Gümüşün ilin əvvəlindən bu yana bahalaşması 141%-i keçib. Bahalaşmanın səbəbləri təklif çatışmazlıqları, sənaye tələbi və gümüşə artan investisiyalardır.
"Pepperstone" strateqi Michael Brown bildirib ki, bayram dövründə likvidliyin azalması ilə bir qədər sabit qiymətlər müşahidə oluna bilər. Lakin Brown əlavə edib ki, ticarət həcmləri bərpa olunduqca yüksəliş yenidən sürətlənəcək, gələn il qızılın qiyməti 5000 dolları, gümüşün qiyməti isə 75 dolları aşacaq.
Platin 1,2% bahalaşaraq 2145,10 dollara qalxaraq 17 ildən uzun müddətin ən yüksək səviyyəsini görüb. Paladyum isə qızıl və gümüşdəki güclənməni izləyərək 3,4% yüksələrək 1819,00 dollar səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib






















