Füzulidə DOST məntəqəsi fəaliyyətə başladı
İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsinin qurulması istiqamətində növbəti addım olaraq Füzuli şəhərində Qarabağ Regional DOST Mərkəzinin DOST məntəqəsi fəaliyyətə başlayıb.
Əmək vəəhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov məntəqədə yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.
Anar Əliyev DOST konsepsiyasının Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər aparılan sosial islahatların mühüm uğurlarından biri olduğunu vurğulayıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST modeli əsasında artıq Füzulidə də dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir, çevik və şəffaf, vətəndaş məmnunluğuna uyğun göstərilir.
Nazir yeni DOST məntəqəsində daim yüksək səviyyədə xidmətlərin göstərilməsi, habelə məşğulluqla bağlı müraciət edən sakinlərin aktiv məşğulluq proqramlarına cəlb edilmələri və s. barədə tapşırıqlarını verib.
Böyük Qayıdış Proqramına uyğun olaraq dogma yurd yerlərinə qayıdan insanların DOST xidmətləri iləəhatə edilmələri üçün ardıcıl işlər aparılır. Belə ki, 2022-ci ildə Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, 2023-cü ildə Bərdədə 10 rayon və şəhərin (Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə, Xankəndi) sakinlərinə xidmət göstərən Qarabağ Regional DOST Mərkəzi və 2024-cü ildə onun Şuşada filialı, bu ilin avqust ayında Kəlbəcərdə DOST məntəqəsi açılıb.
Füzuli DOST məntəqəsinin fəaliyyətə başlaması bu istiqamətdə növbəti addımdır. Məntəqə mobillik və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib.
Burada həmçinin, məşğulluq xidmətlərinin və KOBİA tərəfindən kiçik və orta biznesin inkişafının dəstəklənməsi istiqamətində xidmətlərin göstərilməsi, gün ərzində orta hesabla 120-dək vətəndaşın qəbulu nəzərdə tutulur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























