970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank sekorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sekorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı Statistik bülleteninin Oktyabr sayını dərc edib.

Marja.az bülletenə istinadən xəbər verir ki, 31 Oktyabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 500, şöbələrinin sayı 87, ATM-lərin sayı 3 min 430 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.2% və ya 49 nəfər artaraq 26 min 921 nəfər təşkil etmişdir

Fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 341.9 milyon manat, cəmi öhdəlikləri 49 milyard 182 milyon manat, balans kapitalı 7 milyard 159.9 milyon manat olmuşdur.

Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 127.6 milyon manat artaraq 29 milyard 403.9 milyon manat olmuşdur.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53.1% (15 milyard 623.4 milyon manat);

ıı) istehlak kreditləri – 31.4% (9 milyard 232.4 milyon manat) 

ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 548.1 milyon manat). 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 73.3%-i və ya 36 milyard 62.9 milyon manat. Depozit portfelinin 57%-i (20 milyard 513.9 milyon manat) hüquqi şəxslərin, 43%-i (15 milyard 549 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanətlərinin 68.2%-i (10 milyard 610.2 milyon manat) milli valyutada, 31.8%-i (4 milyard 938.8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.6%-i (9 milyard 883.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 1.7% və ya 163.4 milyon manat, tələbli əmanətləri isə 0.2% və ya 8.6 milyon manat artmışdır. 

2025-ci ilin oktyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.7% (4 min 812 əmanətçi), ilin əvvəlindən isə 23.6% (35 min 450 əmanətçi) artmışdır.

Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 236.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.3%-ni təşkil etmişdir. 

2025-ci ilin yanvar - oktyabr aylarında banklar 986.8 milyon anat xalis mənfəət, 1 milyard 529.7 milyonmanat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 10 ayında banklar tərəfindən ümumilikdə 241.6 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Monetar sektor

Cari ilin oktyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 1% artaraq 37 milyard 27.4 milyon manat təşkil etmişdir. 

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 374.2 milyon manat artaraq 2 milyard 959.6 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Ödənişlər sektoru 

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 334 min ədəd artaraq 21 milyon 701 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13.3% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 16% artmış, kredit kartlarının sayı isə 5.2% azalmışdır.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, oktyabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 17.6% artmışdır. 2025-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 825 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7milyard 776 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 45 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil etmişdir. 

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.1%, POS-terminalların sayı 60.4% artmışdır. 

İş elanları AzVak.az-da

Azərbaycan Mərkəzi Bankı bank sektoru statistikası oktyabr 2025 bank filialları bank şöbələri ATM sayı bank işçiləri bank aktivləri bank öhdəlikləri balans kapitalı kredit portfeli biznes kreditləri istehlak kreditləri ipoteka kreditləri depozit portfeli fiziki şəxslərin əmanətləri hüquqi şəxslərin depozitləri müddətli əmanətlər tələbli əmanətlər xalis mənfəət əməliyyat mənfəəti mənfəət vergisi monetar sektor M2 pul kütləsi xarici öhdəliklər ödəniş kartları debet kartları kredit kartları nağdsız ödənişlər POS-terminal ölkədaxili ödənişlər elektron ticarət “Azərpoçt” MMC bankomat sayı ödəniş xidmətləri.
27.11.2025 11:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18