Rusiya nefti Hindistan zavodlarına 2 ilin ən aşağı qiymətinə təklif olunur
Rusiya nefti Hindistanını neft emalı zavodlarına ABŞ-ın "Rosneft" və "Lukoyl"-a qarşı sanksiyaları fonunda ən azı iki ilin ən aşağı qiymətinə təklif olunur.
Marja.az xəbər verir ki, bu barədə Bloomberg mənbələri bildiriblər.
Onlar qeyd ediblər ki, Urals neftinə Hindistan üçün endirim barelə görə 7 ABŞ dollarına çatıb, halbuki yeni sanksiyalar tətbiq olunmazdan əvvəl bu, barelə görə 3 ABŞ dolları idi.
Məlumata görə, Urals markalı neft üzrə Brent etalon neftinə nisbətən, çatdırılma xərcləri daxil olmaqla, Hindistanın neft emalı zavodları üçün endirim barelə görə 7 dollara yüksəlib. Təklif dekabrda yüklənən və yanvarda Hindistana çatacaq partiyalar üçün keçərlidir.
Yeni sanksiyalardan əvvəl endirim təxminən barelə görə 3 dollar təşkil edirdi.
22 oktyabrda ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Rosneft”, “Lukoil” və onların 34 törəmə şirkətinə qarşı əlavə sanksiyalar tətbiq edib. Səbəb kimi Rusiyanın “sülh prosesinə ciddi maraq göstərməməsi” göstərilib.
Bu fonda Hindistanın bir çox neft emalı zavodları Rusiya neftinə sifariş verməkdən imtina etmişdi, – Bloomberg qeyd edir. Lakin son günlər Urals markalı neftin daha da ucuzlaşması səbəbindən vəziyyət dəyişib və bəzi emal müəssisələri artıq sanksiya tətbiq olunmayan təchizatçılardan Rusiya nefti almağa hazır olduqlarını bildiriblər.
Eyni zamanda mənbələr etiraf ediblər ki, təklif olunan partiyaların yalnız beşdə biri sanksiya siyahısında olmayan şirkətlər tərəfindən tədarük olunur.
Reuters-in hesablamalarına görə, Rusiyanın neft-qaz gəlirləri noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 35% azalaraq 520 milyard rubl (6,59 milyard dollar) təşkil edə bilər. Bu, həmçinin oktyabr ayı ilə müqayisədə 7,4% azdır.
Agentliyin məlumatına görə, ilin ilk 11 ayında Rusiyanın neft-qaz gəlirləri illik ifadədə 22% azalaraq 8 trilyon rubla düşə bilər. Vergitutma məqsədləri üçün Rusiya neftinin qiyməti 68,3 dollardan 57,3 dollara enib. Rublun məzənnəsi isə bir dollar üçün 91,7-dən 81,1-ə qədər möhkəmlənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 7 d. əvvəl
- 32 d. əvvəl
-
51 d. əvvəl
"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək"
- 52 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycan və Qətər Birgə Biznes Şurasının ilk iclasını keçirib
- 54 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - RƏSMİ CAVAB
5 BOKT-un nizamnamə kapitalı 10 milyon manatdan az deyil
"Bahar" yatağında böyük potensial var"
Google, Nvidia-ya rəqib olur
Azərbaycan şirkəti dünyada nüfuzlu daşınmaz əmlak sərgində layihələrini təqdim edib
Ən çox oxunanlar
"2025-ci ilin ilk yarısında "yaşıl" layihələrin inkişafı üçün artıq 330 milyon manat ayrılıb"
Neokart sahibləri Black Friday-də 5% keşbek qazanacaq!
"AFB Bank"da yeni direktor təyinatı
"Elektromobil və "hibrid"lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır"
Apple satış komandasında ixtisar aparır
Rəsmi məzənnələr açıqlandı
















.jpg)



