AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
Həftədə Milan, Mumbay, Nyu-Dehli, Kişineu və Daşkəndə 7 reys, Barselona, London və Ər-Riyada 4 reys həyata keçiriləcək.“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) 2025-ci ilin qış uçuş cədvəlini genişləndirərək London, Barselona, Milan, Male və digər şəhərlər də daxil olmaqla 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin sayını artırıb.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Marja.az-a verilən məlumata görə, yenilənmiş qrafikə əsasən, AZAL 2025-ci ilin oktyabr ayının sonundan etibarən Avropa, Yaxın Şərq və Asiyanın əsas marşrutlarında fəaliyyətini daha da gücləndirib.
2024-cü ilin qış mövsümü ilə müqayisədə 2025-ci ilin qış cədvəlində reyslərin tezliyi aşağıdakı kimi artırılıb:
– Milan, Mumbay, Nyu-Dehli, Kişineu və Daşkənd – hər istiqamət üzrə həftədə 7 reys (ötən il bu istiqamətlər üzrə 3–5 reys olub);
– Almatı, Ciddə və Astana – hər biri üzrə həftədə 5 reys (daha əvvəl bu marşrut üzrə 2–4 reys yerinə yetirilirdi);
– Barselona, London (Qetvik hava limanı) və Ər-Riyad – hər istiqamət üzrə həftədə 4 reys (ötən il 3 reysədək həyata keçirilirdi);
– Bişkek, Düşənbə, Male və Pekin – hər istiqamət üzrə həftədə 3 reys (daha əvvəl bu marşrut üzrə 2 reys icra olunurdu);
– Səmərqənd və Ürgənc – hər biri üzrə həftədə 2 reys (ötən il bu istiqamətlər üzrə uçuşlar yerinə yetirilmirdi).
Qeyd edilib ki, yeni cədvəl AZAL-ın dəyişən bazar tələblərinə çevik uyğunlaşan strategiyasını və Azərbaycanın Avropa ilə Asiyanın qovşağında mühüm nəqliyyat və turizm mərkəzi kimi mövqeyini gücləndirmək məqsədini əks etdirir. Reyslərin tezliyinin artırılması Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə transfer istiqamətlərin genişlənməsi, eyni zamanda Bakı hava limanını Qərb və Şərq arasında aparıcı nəqliyyat mərkəzi kimi seçən sərnişinlər üçün əlavə imkanlar yaradır.
Daha çevik uçuş cədvəli səyahət rahatlığını artırır: əlaqəli reyslər optimallaşdırılıb, uçuş və eniş vaxtları sərnişin rahatlığına uyğunlaşdırılıb. AZAL həm istirahət, həm də işgüzar səfərlər üçün üstünlük verilən istiqamətləri inkişaf etdirməyə davam edir və müasir təyyarə parkı ilə rəqabətədavamlı xidmətlər təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
-
21 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
31 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
52 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq






















