“Kristal” binalarında istifadə olunan alüminium pəncərələr: uzunömürlü, möhkəm, estetik!
Bu mənzillərdə həm müasir texnologiyaların, həm də yüksək komfortun fərqini hiss edəcəksiniz!
“Kristal” inşa etdiyi binalarda alüminium pəncərə sistemləri ilə sakinlərə həm istilik, həm də səs izolyasiyası baxımından əlavə rahatlıq təqdim edir. Bu sistemlərdə istifadə olunan arqon qazlı şüşələr yayda günəşin istisini içəri buraxmır, qışda isə evin istiliyini qoruyur. Nəticədə, kondisioner və istilik xərclərində real qənaət əldə edilir.

Şüşələrin 60 faiz işıq keçiriciliyi sayəsində mənzillər təbii işıqla dolu və parlaq olur. Üstəlik, bu sistem uzunömürlüdür, uzun illər sonra belə izolyasiya xüsusiyyətini demək olar ki, itirmir.
Pəncərələrdə istifadə olunan alüminium profillər həm möhkəmliyi, həm də zamana qarşı dayanıqlılığı ilə fərqlənir. Rəng dəyişmir, paslanmır, deformasiya olunmur.
Çoxqatlı və laminə şüşələrlə birlikdə 45–50 dB səviyyəsində səs izolyasiyası təmin olunur. Şirkətin təqdim etdiyi yeni videoçarxda bu texnologiyanın üstünlüklərini geniş şəkildə izləyə bilərsiniz:
“Kristal” 22 ildir ki, şəhərin müxtəlif ərazilərində inşa etdiyi binalarda mənzil satışlarını davam etdirir. Layihələr həm yerləşmə baxımından əlverişli, həm də sakinlərə təqdim etdiyi imkanlarla seçilir.

Ətraf yollarla rahat inteqrasiya, əsas nəqliyyat qovşaqlarına yaxınlıq və geniş infrastruktur gündəlik gediş-gəlişi xeyli asanlaşdırır. Burada 38 m²-dən 158 m²-dək müxtəlif planlamalı 1, 2, 3, 4 otaqlı və studiya mənzillər satışdadır.
Bütün mənzillər tam təmirli təhvil verilir, hazırda həm yaşayışa hazır, həm də tikintisi davam edən seçimlər mövcuddur. Satış şərtləri isə olduqca rahatdır: 36 ayadək daxili kredit imkanı və 20 ilədək ipoteka.

Daha ətraflı məlumat üçün satış ofislərinə yaxınlaşaraq mənzillər, satış şərtləri və texnoloji üstünlüklərlə yaxından tanış ola bilərsiniz. Qeyd edək ki, satış ofislərimiz 8, 9, 10, 11 noyabr bayram günlərində də işləyir.
Ətraflı məlumat üçün:
Əlaqə nömrəsi: *1544
kristal.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
- 2 d. əvvəl
- 3 d. əvvəl
-
9 d. əvvəl
Kapital Bank “Mashreq Bank”la tarixi sazişə imza atdı - 50 milyon dollar kredit cəlb edir
-
26 d. əvvəl
“Kredit reytinq agentlikləri haqqında” qanun layihəsi hökumətə təqdim edilib
- 32 d. əvvəl
- 36 d. əvvəl
-
49 d. əvvəl
"Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər"
-
1 saat əvvəl
5 bankın hər birinin 9 aylıq əməliyyat mənfəəti 58 milyon manatdan çoxdur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
SOCAR yeni şirkət yaradıb
"Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur"
Ən çox oxunanlar
Göyçayın İcra başçısı Balakənə göndərildi
Gədəbəyin İcra başçısı, Göyçayın İcra başçısı vəzifəsində işləyəcək
Vüqar Novruzov Naftalanın İcra başçısı vəzifəsindən azad olundu, Göygölün başçısı təyin edildi
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi























.jpg)




