Şirkətin 802 min manatlıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibə cəza istənilib
“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, ittihamda göstərilən 308.2-ci maddəyə təsdiqini tapmadığı üçün, 313-cü maddəyə isə müddəti keçdiyi üçün xitam verilməsini xahiş edib.
Prokuror Samirə Zeynalovanın ittiham olunduğu 179.4-cü maddə üzrə təqsirli bilniməsini və ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses oktyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, Samirə Zeynaova “Rifah Group” MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802.429, 45 manat pul vəsaətini onların hesabına köçürərək mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-isitfadə edib.
Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrup əlildir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Google-dan tarixi dəyişiklik: Gmail-də 20 ilin ən böyük yeniliyi
-
- 15 d. əvvəl
-
21 d. əvvəl
BYD-dən taksi operatorları və avtomobil parklae üçün yeni marka: Linhui
-
25 d. əvvəl
ING: AMB 2026-cı ilin I rübündə uçot dərəcəsini 6,75 % saxlayacaq
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bayram möcüzəsini paylaşdıq: “Soyuq Əllər, İsti Ürək” yarmarkasında “Coca Cola” ilə unudulmaz anlar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Google-dan tarixi dəyişiklik: Gmail-də 20 ilin ən böyük yeniliyi
Bank aviabilet alışı üzrə tender elan edir
Bayram möcüzəsini paylaşdıq: “Soyuq Əllər, İsti Ürək” yarmarkasında “Coca Cola” ilə unudulmaz anlar
Əmək müqavilələrinin sayı artır
Ən çox oxunanlar
Böyük bankdan qızılın qiymətilə bağlı proqnoz: 5 min dollar üçün tarix verdi və investorlara xəbərdarlıq etdi
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm












.jpg)










