Azərbaycanda "Kazmortransflot"la "Abu Dhabi Ports" üçün konteyner gəmiləri istehsal ediləcək
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə artmasına cavab olaraq, "Baku Shipyard" tərsanəsində "Samruk-Kazyna"nın törəmə şirkəti olan "Kazmortransflot" (KMTF) və "Abu Dhabi Ports" (ADP) üçün iki konteyner gəmisi istehsal ediləcək.
"Samruk-Kazyna" şirkətindən verilən məlumata görə, bu barədə şirkətin rəhbəri Nurlan Jakupovla Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri, AZCON Müşahidə Şurasının sədri Rəşad Nəbiyev arasında keçirilən görüşdə qeyd olunub.
"2027-ci ilə qədər inşa ediləcək konteyner gəmiləri KMTF və ADP-nin birgə müəssisəsi olan CIMC-yə təhvil veriləcək", - məlumatda qeyd olunub.
Görüşdə TBNM-in inkişafı və nəqliyyat-logistika sahəsində tərəfdaşlığın dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb.
Bildirilib ki, ötən il TBNM ilə yük dövriyyəsi tarixi maksimuma - 4,5 milyon tona çatıb, Qazaxıstan yüklərinin ixrac potensialı ildə 10 milyon tona qədər qiymətləndirilir.
Tərəflər həmçinin Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin tikintisi layihəsinin icrasının gedişini müzakirə ediblər. Layihənin operatorları "Kazaxtelecom" və "Azertelecom" şirkətləridir.
Xatırladaq ki, "Kazmortransflot" milli dəniz gəmiçilik şirkəti Birləşmiş Ərəb Əmirliklərinin "AD Ports Group" şirkəti ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük axınının artırılması məqsədilə iki müasir konteyner gəmisinin inşası barədə saziş bu ilin yanvar ayında imzalanıb. Bu çərçivədə Xəzər dənizində istifadə üçün nəzərdə tutulmuş, 500 TEU-dan çox yükgötürmə qabiliyyətinə malik iki müasir konteyner gəmisinin inşası planlaşdırılır. Suya oturumu az olan bu yeni gəmilər TBNM-in yük dövriyyəsini artıracaq və marşrutun keçid imkanlarını genişləndirəcək.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















