DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsində sənədlər tədqiq edilib
Onlar Fərhad Əhmədovdan rüşvət almaqda ittiham olunurlar.Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dəvət olunan rusiyalı milyarder Fərhad Əhmədov iştirak etməyib.
Onun nümayəndəsi məhkəməyə müraciət edərək bildirib ki, F.Əhmədov ailəsi ilə əlaqədar məsələlərə görə iştirak edə bilmir.
Sədrlik edən hakim sənədlərin tədqiq edilməsini, daha sonra şahidlərin dindirilməsini təklif edib.
Təklifə etiraz olunmayıb və sübutların tədqiqi ardıcıllığı dəyişdirilib. Prosesdə şahidin dindirilməsi protokolundan başqa bütün sənədlər tədqiq edilib.
Anass Derraz, Fərhad Əhmədov və Aleksandr Benallanın imzaladığı müqavilə, Fransa Respublikasına istintaq orqanı tərəfindən verilmiş sorğu, müvafiq sənədlərin əldə olunması ilə bağlı vəsatətlər və digər məlumatlar elan olunub.
Prosesin davamında sənədlərdə şahid kimi göstərilən Tural Bayramovun ifadəsi elan olunub. İfadədə o, Anass Derrazı ərəb turist kimi tanıdığını bildirib: "Mən turistləri Bakıya gətirib aparmaqla məşğul olurdum. 2024-cü il 14 iyul tarixində Cavid adlı tanışım mənə zəng edib ərəb kimi tanıtdığı Anass Derrazı hoteldən götürüb hava limanına aparmağımı xahiş etdi. Mən ərəb dilini bildiyim üçün bunu xahiş edirdi. Hotelə gəlib Anass Derrazla tanış oldum. O mənə dedi ki, onun ölkəyə çıxışına qadağa qoyulub. Buna görə məndən kömək istəyir. Adətən turistlər gecikəndə ölkədən çıxışlarına qadağa qoyulur deyə düşündüm ki, aeroportda çalışan dostumdan kömək istəyim. Anass Derrazın məlumatlarını ona verdim. Həmin şəxs kömək edə bilməyəcəyini, çünki məsələnin DTX ilə əlaqəli olduğunu dedi".
Anass Derraz ifadə ilə razılaşaraq bildirib ki, o, dostlarından ölkədən çıxışına qadağa qoyulmasının səbəblərini öyrənməsini xahiş edib. Həmin dostları da adıçəkilən şahidlərlə əlaqə saxlayıb. O, həmin şahidləri tanımadığını və onların məhkəmədə dindirilmələrinə ehtiyac olmadığını əlavə edib.
Daha sonra Anass Derrazın qardaşının Fransa Səfirliyinə müraciəti elan olunub. Belə ki, o qardaşı ilə əlaqə saxlaya bilmədiyini bildirib. Səfirlik öz növbəsində Xarici İşlər Nazirliyinə zəng edib və onlar da A.Derrazın barəsində cinayət işi açılması barədə məlumatı DTX-dən alaraq səfirliyə bildiriblər.
Sənədlərin tədqiqinin başa çatdığı elan olunub və Fərhad Əhmədovun dindirilməsi üçün növbəti proses 16 oktyabr tarixinə təyin olunub.
Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.
A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.
Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.
Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)


