Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb
Tesla-nın güclü satış göstəriciləri Çin bazarındakı elektrikli avtomobil şirkətlərinə təzyiqi artırıb.Tesla-nın satış rəqəmləri gözləntiləri üstələyib
Cümə günü Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın rüblük satış göstəricilərini açıqlamasından sonra əhəmiyyətli dərəcədə ucuzlaşıb. Şirkətin gözləniləndən daha yüksək nəticələri qlobal bazarda rəqabətin artacağına dair narahatlıqları gücləndirib.
Marja xəbər verir ki, Tesla cümə axşamı bildirib ki, 2025-ci ilin üçüncü rübündə 497 min 99 avtomobil təhvil verib. Bu, analitiklərin proqnozlarını üstələyib və ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% artım deməkdir.
Bununla belə, Tesla-nın səhmləri ucuzlaşıb. Analitiklər bu ucuzlaşmanı - satış artımının əsasən ABŞ-da federal vergi güzəştləri bitməzdən əvvəl müştərilərin alış dalğasından qaynaqlanması ilə izah edirlər.
Çin bazarına yeni Model Y ilə təkan
Tesla sentyabr ayında Çində altı oturacaqlı yeni Model Y variantının təhvilinə başlayıb. Bu model şirkətin ən böyük xarici bazarında satışlarını artırmaq məqsədi daşıyır.
Tesla-nın güclü nəticələri ABŞ istehsalçısının qlobal bazar payını yenidən artıracağı ehtimallarını gücləndirib. Çinli istehsalçılar isə ölkə daxilindəki sərt rəqabət və davam edən qiymət müharibələri fonunda çətinliklərlə üzləşirlər.
Çin EV nəhəngləri dəyər itirib
Tesla-nın açıqlamasından sonra Honq-Konq birjasında Çinin elektrikli avtomobil (Electric Vehicle - EV) istehsalçılarının səhmlərində ucuzalaşma qeydə alınıb.
BYD-nin səhmləri 5%-ə yaxın ucuzlaşaraq ən böyük itkini yaşayıb.
NIO-nun səhmləri 2%, Xpeng-in səhmləri isə 4% dəyər itirib.
Geely Automobile və Li Auto-nın səhmləri qiymətləri də 3%-dən çox geriləyib.
Qlobal rəqabət yeni mərhələyə keçir
Tesla-nın bazarda mövqeyini gücləndirməsi Çin elektrikli avtomobil istehsalçılarını daha aqressiv strategiyalar tətbiq etməyə məcbur edə bilər. Analitiklərin fikrincə, qiymət müharibələrinin davam etməsi və dövlət subsidiyalarının azalması fonunda Çin şirkətləri üçün vəziyyət daha da çətinləşə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 13 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb




















