Qlobal bank neft qiymətləri proqnozunu dəyişmədi - Gələn il 56 dollar olacağını proqnozlaşdırır
ABŞ-ın aparıcı investisiya banklarından olan Goldman Sachs, Brent markalı neftin qiymətinə dair əvvəlki proqnozlarını yenidən təsdiqləyib.
Marja.azın məlumatına görə, Bank, 2025-ci ilin dördüncü rübündə neftin orta qiymətinin 64 dollar, 2026-cı ildə isə 56 dollar olacağını proqnozlaşdırmağa davam edir. Lakin yayımlanan son analitik qeyddə, bu proqnozların artan risklər qarşısında olduğu da vurğulanıb.
Goldman Sachs bazar günü yaydığı qeyddə bildirib ki, “Rusiya və İrana qarşı tətbiq olunan sanksiyalar bu ölkələrin neft hasilatını və ixracına əlavə təzyiq göstərir və bu da qiymət proqnozlarımız üçün yuxarı yönlü risk yaradır”.
NEFTƏ TƏLABATIN ARTMASI YAVAŞLAYA BİLƏR
Digər tərəfdən, bank 2025–2026-cı illəri əhatə edən dövr üçün gündəlik 800 min barel səviyyəsində nəzərdə tutulan orta neft tələbatı artımına dair proqnozda aşağı yönlü riskin də mövcud olduğunu qeyd edib. Bu riskin əsas səbəbləri kimi ABŞ-ın gömrük tariflərini artırması, əlavə ikinci dərəcəli tariflərin gündəmə gəlməsi və zəif iqtisadi göstəricilər göstərilir.
Goldman Sachs əlavə edib: “Zəif iqtisadi göstəricilər ABŞ iqtisadiyyatının artıq potensialından aşağı templə böyüdüyünü göstərir. Analitiklərimiz qarşıdakı 12 ay ərzində ABŞ-da iqtisadi tənəzzül (resessiya) ehtimalının artdığını düşünür.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















