Azercell “Biznesim” paketlərini yenilədi
Qiymətlər cəmi 1- 2 manat, internet həcmləri isə daha çox artırılır"Bizneslər rəqəmsallaşdıqca, internet üzərindən xidmətlərə və mobil həllərə tələbat sürətlə artır. Əgər bir vaxtlar telefon əsasən ünsiyyət vasitəsi idisə, bu gün o, gündəlik iş proseslərinin idarə edilməsini təmin edən vahid bir platformaya çevrilib. Sənədlərin paylaşılması, onlayn platformalar üzərindən müştərilərlə əlaqə, bank əməliyyatları, CRM sistemlərinə giriş, video-görüşlər və hətta komanda daxilində operativ koordinasiya artıq mobil bağlantı üzərindən həyata keçirilir.
Hazırda tarif seçimi biznes əməliyyatların fasiləsizliyinə və xərclərin optimallaşdırılmasına birbaşa təsir göstərir. Məhz bu ehtiyacları nəzərə alaraq, Azercell korporativ müştərilər üçün nəzərdə tutulan “Biznesim” tarif paketlərini yeniləyib".
Marja.az xəbər verir ki, bu Azercell Telekom şirkətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 25.02.2026-cı il tarixindən etibarən Azercell korporativ müştəriləri üçün “Biznesim” tarif paketlərini yeniləyib, daha geniş internet həcmi və daha sərfəli şərtlər təqdim edəcək. Əvvəlki paketlərlə müqayisədə yenilənmiş təkliflər istifadəçilərə daha çox trafik və optimal qiymət üstünlüyü təqdim edir: "Məsələn, hazırda 3 GB internet, 700 ölkədaxili danışıq dəqiqəsi və 500 SMS ilə təklif olunan “Biznesim 3GB” paketi yeni şərtlərlə “Biznesim 4GB” adlanacaq. Paket üzrə internet həcmi 1 GB artırılaraq 4 GB-a çatdırılır, danışıq dəqiqələri olduğu kimi saxlanılır. Qiymət isə cəmi 1 AZN artaraq 15 AZN təşkil edəcək ki, bu da abunəçilərə minimal fərqlə əlavə internet əldə etmək imkanı yaradır".
Qeyd edilib ki, “Biznesim 6GB” paketi də optimallaşdırılaraq “Biznesim 8GB” ilə əvəz olunur. Əsas internet həcmi 6 GB-dan 8 GB-a qaldırılır və əlavə olaraq 00:01–08:00 intervalında hər növ internet fəaliyyəti üçün 1 GB bonus trafik və daha geniş danışıq imkanı təqdim edilir. Bütün bu yeniliklər paketin aylıq ödənişinə cəmi 2 AZN əlavə ilə reallaşdırılır.
Yeni “Biznesim 12GB” paketi əvvəlki 9 GB-lıq seçimdən fərqli olaraq 3 GB əlavə əsas trafik və 2 GB gecə trafiki ilə təklif olunur. Orta intensivlikdə internet tələbatı olan istifadəçilər üçün optimaldır.
Yüksək trafiklə işləyən və fasiləsiz bağlantıya ehtiyacı olan istifadəçilər üçün təklif olunan “Biznesim 15GB” paketi “Biznesim 20GB” ilə əvəz edilir. Əsas həcm 20 GB-a çatdırılır və gecə saatları üçün əlavə 3 GB trafik təmin olunur. Bütün yeniliklər üçün aylıq ödənişdə cəmi 2 AZN fərq qorunur.
Eyni yanaşma “Biznesim 55GB” paketində də tətbiq edilir. Bu paket “Biznesim 60GB” ilə əvəzlənərək 5 GB artırılmış trafiklə təklif olunur, qiymət isə yenidən cəmi 2 AZN fərqlə tənzimlənir. Bu həcm xüsusilə mobil iş üslubu olan əməkdaşlar, uzaqdan serverə qoşulan komandalar, mobil hotspot istifadəsi və fasiləsiz video-konfranslar üçün ən uyğun variantdır.
Əlavə edilib ki, “Biznesim” paketlərində korporativ müştərilər üçün daxili kommunikasiya xərclərini minimum səviyyədə saxlamağa imkan verən limitsiz şirkətdaxili danışıq imkanı əvvəlki kimi dəyişməz olaraq qalır
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























