Azercell və PAŞA Bank start verdi - qatıl, öz biznesini qur
"Ganja Big Idea Competition" müsabiqəsinə qatıl, öz biznesini qur
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə startaplar üçün daha bir müsabiqəyə start verib.
Gəncə şəhərində ilk dəfə təşkil edilən "Ganja Big Idea Competition" ideya müsabiqəsi bölgələrdəki tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verir.
Müsabiqədə iştirak etmək istəyənlər 11 sentyabr - 10 oktyabr, 2017-ci il tarixlərində https://goo.gl/forms/gULN8W3glCtEFj5F2 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Bütün təqdimatlar qəbul edildikdən sonra münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı 10 təqdimat finalçı olaraq seçiləcək və 12 oktyabr tarixində Barama internet səhifəsində və bütün iştirakçıların email ünvanına məktub göndərilməklə elan ediləcək. Oktyabrın 16-da keçiriləcək finalda isə komandalar öz ideyalarını hakim heyətinə təqdim edəcəklər. Komandalar finalda biznes-planla birlikdə təqdimat hazırlamalı və 10 dəqiqə ərzində çıxış edəcəklər. Qalib gələn komandalar aşağıdakı hədiyələrlə mükafatlandırılacaqlar:
1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu
2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu
3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu
Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edir."Ganja Big Idea Competition" ideya müsabiqəsinin məqsədi müxtəlif, o cümlədən mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində innovativ ideyaların tapılmasıdır.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi gənc startupları "Ganja Big Idea Competition" müsabiqəsinə qatılmağa vəarzularını gerçəkləşdirib biznes qurmağa dəvət edir.
Beləliklə, “İdeya Sizdən - Dəstək Bizdən!".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























