İlon Maskın ödəniş dünyasına yeni addımı: "X" rəqəmsal və fiziki kartlar buraxacaq
İlon Maska (Elon Musk) məxsus olan "X" (keçmiş Twitter), ödəniş sistemlərində yeni dövrə başlamağa hazırlaşır.
Marja.az mobil proqram analiz firması "AppSensa" tərəfindən açıqlanan məlumata istinadən xəbər verir ki, "X" tətbiqinin son yeniləmələri fiziki bank kartları üçün yeni kod sətirlərini də ehtiva edir. Bu yenilik platformanın rəqəmsal ödəniş həlləri ilə məhdudlaşmayacağından xəbər verir.
"X"in üzərində işlədiyi ödəniş sisteminin “X Money” adlanacağı və "Visa Direct" ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyi daha əvvəl açıqlanmışdı. İstifadəçilər "X Wallet" hesablarına pul köçürə, öz bank kartlarını birləşdirərək tez pul göndərə və qəbul edə, qalıqlarını bank hesablarına köçürə biləcəklər. Həmçini sistem itirilmiş və ya oğurlanmış kartları bildirmək, kartın kilidlənməsi və parol təyini kimi funksiyaları da əhatə edəcək.
"AppSensa"nın təhlilinə görə, tətbiqdəki kodlar istifadəçilərə fiziki və virtual kartları ayrı-ayrılıqda idarə etməyə imkan verir.
"X"in ödəniş infrastrukturunu genişləndirmək üçün təkcə "Visa" ilə deyil, "Mastercard"və "American Expres"s kimi qlobal ödəniş nəhəngləri ilə də danışıqlar apardığı anlaşılır. Beləliklə, "X" öz ödəniş sistemlərində daha əhatəli və rəqabətədavamlı bir quruluşa nail olmağı hədəfləyir.
"X" ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək üçün ABŞ-da lisenziyalar almağa davam edir. 2023-cü ilin sonuna qədər 12 ştatda lisenziyası olan şirkət, hazırda Vaşinqton da daxil olmaqla bu sayı 40-a çatdırıb. Şirkətin məqsədi bütün ABŞ-da xidmət göstərməkdir.
Elon Musk "X" sosial media platformasını - ödəniş sistemləri, rəqəmsal bankçılıq, investisiya və birja ticarətini özündə birləşdirən “super proqramaya” çevirmək istəyir. Maskın 1999-cu ildə qurduğu X.com -un PayPal-a çevrilməsi və 2017-ci ildə domen adını geri alması bu günə çatdığı nöqtədə diqqətəlayiq prosesin bir hissəsi hesab olunur.
"X Money" və onun kart xidmətlərinin nə vaxt istifadəyə veriləcəyi ilə bağlı konkret bir tarix yoxdur, lakin bu ilin sonunda bunun elan ediləcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















