Daha 3 şirkətə “Startap” şəhadətnaməsi verildi - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
İnnovasiya fəaliyyəti üzrə vergi güzəştləri almış mikro və kiçik sahibkarlıq subyektlərinin sayı 213-ə çatıb.“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumata bildirilir ki, iclasda KOB subyektlərindən daxil olmuş 8 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 213-a çatıb.
“Startap” şəhadətnamələri "Cool Bears" MMC-nin mobil və veb oyunların tərtibi və istehsalı, "Multi Solutions" MMC-nin sürücülər və daşıyıcılar üçün balans idarəetmə və ödəniş sistemi, "Noteservice" MMC-nin xidmətlər üçün veb platforma və mobil tətbiq layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























