Xəzərə 100 000 nərə və 20 000 Xəzər qızılbalığı buraxılıb

Neftçala rayonunda yerləşən Kür-Təcrübi Nərə Balıqartırma Zavodunda 22 May- Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat, Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe, Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero, Rusiya və Qazaxıstanın Azərbaycandakı diplomatik korpus nümayəndələri, aidiyyatı dövlət qurumlarının təmsilçiləri, “LU-MUN Holding” MMC-nin İdarə Heyətinin sədri Emil Məmmədsadıqov, balıqçılıq və akvakultura müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanda biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlər həyata keçirilir. Balıqçılıq sahəsində biomüxtəlifliyin mühüm rola malik olduğunu deyən nazir Məcnun Məmmədov qeyd edib ki, balıq ehtiyatlarının düzgün idarə olunması, ov mövsümünün tənzimlənməsi, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi sahəsində atılan addımlar ətraf mühiti qorumaqla yanaşı, regionlarda iqtisadi fəaliyyətin davamlılığını təmin edir. Xəzər dənizi və daxili su hövzələrinin nadir və endemik növlərlə zəngin olduğunu diqqətə çatdıran nazir Məcnun Məmmədov biomüxtəlifliyin qorunması, qanunsuz ovla mübarizə və elmi əsaslı idarəetmənin prioritet istiqamətlərdən olduğunu vurğulayıb.
Nazir əlavə edib ki, ölkəmizdə balıqçılığın inkişafı istiqamətində mütəmadi olaraq mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 19 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı müvafiq Fərman imzalanıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” yaradılıb. Mərkəz balıqçılıqda məhsuldarlığın yüksəldilməsini, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsini, resursların formalaşdırılmasını, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsini həyata keçirəcək. Nərə balıqlarının və Xəzər qızılbalığının dənizə buraxılması Xəzər dənizinin ekosisteminin mühafizəsi baxımından mühüm fəaliyyətlərdəndir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ekosistemin dayanıqlığına xüsusi önəm verdiyini, Ümummilli Liderin ekoloji siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
“LU-MUN Holding” MMC-nin İdarə Heyətinin sədri Emil Məmmədsadıqov qeyd edib ki, Prezident İlham Əliyevin təbii resursların qorunması ilə bağlı tapşırıq və göstərişlərinə əsasən Neftçalada təşkil olunan bu tədbir ölkədə biomüxtəlifliyin artırılmasına xidmət edir. Bir neçə şirkətin dəstəyi ilə həyata keçirilən bu təşəbbüs, genişmiqyaslı faydalar yaratmaq məqsədilə davamlı əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır.
“Azerbaijan Fish Farm” şirkətinin direktoru Nurlan Abdinov isə öz növbəsində bildirib ki, qarşıya qoyulan əsas məqsəd mərhələli şəkildə təbiətə buraxılan balıqların sayını 1 milyona çatdırmaqdır. Bu təşəbbüs, şirkətin “dayanıqlı və bərpaedici akvakultura” prinsipinə sadiqliyini nümayiş etdirir.
“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidentinin müşaviri Fidan Fərzəliyeva AZAL-ın “Sıfır/Sıfıra Yaxın Emissiya” Planının tərkib hissəsi olaraq biomüxtəlifliyin qorunmasının Ətraf Mühit, Sosial və İdarəetmə Strategiyasının (ESG) əsas məqsədlərindən olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, təmsil etdiyi qurum ekosistemlərin bərpası, təbii yaşayış mühitinin qorunması və təbiətin mühafizəsinə əsaslanan layihələrin dəstəklənməsinə xüsusi önəm verir.
Açılış mərasimindən sonra 22 may - Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə genişmiqyaslı ekoloji təşəbbüs çərçivəsində “LU-MUN Holding” MMC-nin törəmə şirkəti olan “Azerbaijan Fish Farm” MMC tərəfindən Xəzər dənizinə 100 000 nərə balığı və 20 000 Xəzər qızılbalığı buraxılıb. Daha sonra nümayəndə heyəti Kür-Təcrübi Nərə Balıqartırma Zavoduna səfər edib, şirkətin müasir texnologiyalar əsasında qurulmuş dayanıqlı balıqçılıq fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, biomüxtəlifliyin qorunmasına yönəlmiş genişmiqyaslı ekoloji təşəbbüs SOCAR, AZAL, “Azerbaijan Poultry Company” (Mercan), “Wings” (Sakura), “Gilan Holding”, “Azvarvara”, “CMS Properties”, “Alltech Coppens” şirkətlərinin dəstəyi ilə həyata keçirilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bank of Baku" xalis mənfəətinin 20 faiz artdığını açıqladı - BANKDA SON VƏZİYYƏT MƏLUM OLDU
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xalq Bank 9 aylıq maliyyə göstəricilərini açıqladı - BANK DAHA DA BÖYÜYÜB
Son Xəbərlər

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı

"Bank of Baku" xalis mənfəətinin 20 faiz artdığını açıqladı - BANKDA SON VƏZİYYƏT MƏLUM OLDU
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət
Ən çox oxunanlar

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi

AccessBank böyüyüb, kredit portfeli artıb

BonAqua gənclərə dəstəyini davam etdirir

Unibank 3-cü rübün maliyyə nəticələrini açıqladı
