Dollar ucuzlaşır, qızıl bahalaşır - Qiyməti 3400 dolları da keçdi
Qlobal bazarlarda dolların ucuzlaşmasının yeni dalğası, ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sistemini (FED) tənqid etməsi və davam edən ticarət müharibəsi narahatlıqları fonunda təhlükəsiz "sığınacaq" tələbinin artması səbəbindən qızılın qiyməti rekord həddə yüksəlib.
Marja.az xəbər verir ki, külçə qızılın qiyməti bir unsiya üçün 3417 dollara qalxıb. Bu gün qızıl 2,7% də bahalaşıb (Bakı vaxtı ilə 17:44-ə olan məlumat).
Eyni zamanda, dollar 2024-cü ilin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb. Məlumata görə, prezident Donald Tramp FED sədri Cerom Paueli işdən çıxarmağı düşünür və faiz dərəcələrinin aşağı salınması lazım olduğunu bildirir. Fed-in Çikaqo şöbəsinin sədri Austan Goolsbee, mərkəzi bankın müstəqilliyini məhdudlaşdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.
"Oversea-Chinese Banking"in baş strateqi Kristofer Vonq, "Pauellin vəzifədən çıxarılması təkcə mərkəzi bankın müstəqilliyi prinsipini pozmur, həm də ABŞ-ın pul siyasətinin siyasiləşməsi riskini artırır ki, bu da bazarlar üçün narahatçılıq yaradır".
Vonqun fikrincə, FED-in etibarlılığı şübhə altına alınarsa, Dollara inam sarsıla bilər və qızıl da daxil olmaqla təhlükəsiz limanlara kapital axını sürətləndirilə bilər.
Qızıl bu il rekordlar qırıb. Ticarət müharibəsinin bazarlardakı narahatlığı riskli aktivlərə marağı azaldıb və investorları qızıl kimi təhlükəsiz sığınacaqlara yönəldib.. Qızılla dəstəklənən birja fondlarında (ETF) aktivlər 12-ci həftədir ki, artmaqdadır. Eyni zamanda, mərkəzi banklar da qlobal tələbi dəstəkləyərək ehtiyatlarına qızıl əlavə edirlər.
Çin bir daha Pekinin maraqları bahasına edilən istənilən razılaşmaya qarşı olduğunu vurğulayıb. BVF-nin bu həftə təqdim edəcəyi yenidən işlənmiş iqtisadi proqnozları kimi məlumatlar qlobal yavaşlama ilə bağlı narahatlıqları gücləndirə bilər.
Qlobal banklar qızılın gələcəyi ilə bağlı daha optimistdirlər. Goldman Sachs qızılın qiymətinin 2026-cı ilin ortalarında 4000 dollara çata biləcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























