Qızılın qiyməti bu gün də rekord yeniləyib
Bu gün qızılın qiyməti bir unsiya üçün 3245 dolları da test edərək rekord yeniləyib. İlin əvvəlindən qızılın dəyəri təxminən 24 faiz artıb. ABŞ prezidenti Donald Trampın sürətlə dəyişən ticarət siyasətləri səbəbindən investorlar "təhlükəsiz sığınacaqlara", o cümlədən qızıla üz tuturlar.ABŞ prezidenti Donald Trampın tariflərlə bağlı son açıqlamalarından sonra "təhlükəsiz sığınacaqlara" olan tələbi artırması ilə qızılın qiyməti rekord yeniləyib.
Marja.az xəbər verir ki, bazar ertəsi qızıl külçənin qiyməti 3245 dollardan yuxarı qalxaraq cümə günü qeydə alınmış əvvəlki rekordu üstələyib. Ötən həftə 6 faizdən çox dəyər qazanan qızıla dolların ucuzlaşması da dəstək verib.
Tramp bazar günü elektronika məhsullarına yeni vergilərin tətbiq olunacağına işarə edib.
Trampın qəfil dəyişən ticarət siyasətləri ABŞ səhmlərində, istiqrazlarında və dollarda böyük qiymət dəyişikliklərinə səbəb olub, investorlar isə qlobal tənəzzül qorxusu səbəbindən "təhlükəsiz sığınacaqlara", o cümlədən qızıla üz tuturlar.
Bəzi investorlar isə qızıl almaqda tərəddüd edirlər. Onlar hesab edirlər ki, qızıl "həddindən artıq qiymətləndirilmişdir" və qiyməti yaxın zamanda düşə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















