Qızılın qiymətlilə bağlı proqnoz yeniləndi - 4000 DOLLAR!
Goldman Sachs, risklər artdıqca, 2026-cı ilin ortalarında 1 unsiya qızılın qiymətinin 4000 dollara çatacağını gözləyir. Həmçinin "Goldman Sachs", qlobal iqtisadiyyatın vəziyyəti ilə bağlı qeyri-müəyyənlik fonunda qızılın 2025-ci ilin sonu üçün qiymət proqnozunu 3300 dollardan 3700 dollara qaldırıb. Bu gün qızılın qiyməti bir unsiya üçün 3245 dolları da keçərək rekord yeniləyib.Qlobal investisiya bankı "Goldman Sachs" 2026-cı il üçün qızıl qiyməti proqnozunu yeniləyib.
Marja.az xəbər verir ki, "Goldman Sachs" 2025-ci ilin sonuna kimi qızılın unsiyasının qiymətinin 3700 dollara, 2026-cı ilin ortalarına qədər isə 4000 dollara yüksələcəyini gözləyir. Bu artım mərkəzi bankların güclü alışları və artan tənəzzül riskləri ilə əsaslandırılıb.
Mərkəzi bankların hər ay orta hesabla 80 ton qızıl alacağı proqnozlaşdırılırır. Əvvəlki proqnoz 70 ton idi.
Qeyd edək ki, bundan öncə "Goldman Sachs" 2025-ci ilin sonunda qızılın qiymətinin 3300 dollara çatacağını nəzərdə tuturdu.
Həmçinin, cümə günü İsveçrə bankı UBS 2025-ci il üçün qızılın qiymət proqnozunu əvvəlki 3200 dollardan 3500 dollara yüksəldib.
Qeyd edək ki, bu gün qızılın qiyməti 3245 dolları görərək yeni rekorda çatıb. Sarı metal 2025-ci ilin ötən dövründə 24%-dən çox bahalaşıb və ilin ən yaxşı performans göstərən aktivlərindən birinə çevirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























