Neft yenidən kəskin ucuzlaşdı - SON 4 İLDƏ BİR İLK
Brent markalı neftin qiyməti son 4 ildə ilk dəfə bir barel üçün 61 dollardan aşağı düşübQlobal bazarlarda Brent markalı neft 4 faiz də ucuzlaşaraq 60 dollar səviyyələrinə düşüb.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:35-də Brent nefti 60,34 dollara ticarət olunub.
Qeyd edək ki, Brent markalı neftin fyuçersləri 2021-ci ilin martından bəri ilk dəfə bir barel üçün 61 dollardan aşağı düşüb.
Neft qiymətləri ABŞ Prezidenti Donald Tramp administrasiyasının Çinlə ticarət qarşıdurmasını gücləndirmək üçün hərəkətə keçməsindən sonra ucuzlaşıb və bu, qlobal neft tələbi ilə bağlı narahatlıqları artırıb. Çərşənbə axşamı, aprelin 8-də Birləşmiş Ştatlar Çindən idxal olunan mallara 104% tarif tətbiq edəcəyini açıqlayıb, çünki Çin Amerikanın 34% tariflərinə qarşı cavab tədbirlərini ləğv etməyib.
Tramp keçən həftə idxal tariflərini elan etdikdən sonra bir barel neftin qiyməti mütləq ifadədə 12 dollardan çox ucuzlaşıb.
Trampın tarifləri səbəbindən iqtisadi fəaliyyətlərin yavaşlayacağı və xam neftə tələbatın azalacağının ehtimal edilməsi, OPEC+-ın bu ay gündəlik 138 000 barel artımdan əlavə hasilatı gündə 400 000 bareldən (bpd) çox artırmaq qərarı neftin ucuzlaşmasına səbəb olur. OPEC və IEA-nın gələn həftə neft tələbi proqnozlarında azalma elan edəcəyini gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























