Tramp Çindən idxal olunan mallara gömrük rüsumunu 104%-ə qaldırdı
Ağ Ev çərşənbə günündən etibarən Çindən idxal olunan mallara tariflərin 104 faizə qaldırılacağını açıqlayıb.Ağ Ev bugündən etibarən Çindən idxal olunan mallara tariflərin 104 faizə qaldırılacağını açıqlayıb. Bu barədə ABŞ Prezidenti Donald Tramp sərəncam imzalayıb.
Marja xəbər verir ki, Ağ Evin sözçüsü Karoline Leavitt, Çinin müqavilə bağlamaq istədiyini, sadəcə bunu necə başlayacağını bilmədiyini söyləyib və əlavə edib: "Əgər Çin bizimlə razılaşsa, Tramp lütfkar davranacaq".
Ağ Evdən verilən açıqlamaya görə, ABŞ Çindən idxal olunan mallara 34% gömrük rüsumu (tarif) tətbiq etdikdən sonra, Çinin də ABŞ-dan idxal olunan məhsullara 34%-lik cavab rüsumunu ləğv etməməsindən sonra əlavə 50% gömrük rüsumu tətbiq edilib, əvvəlki 20%-lik və 34%-lik tariflər daxil cəmi tarif dərəcəsi 104%-ə çatıb.
Leavitt deyib ki, Tramp Çinin ABŞ-la müqavilə bağlamaq istədiyinə inanır və ölkə bu müqaviləni bağlamalıdır: "Çin əlini uzatsa, Tramp yumşaq davranacaq".
Leavitt bildirib ki, aprelin 2-də ABŞ tərəfindən tariflər açıqlanandan bəri 70-ə yaxın ölkə danışıqlara başlamaq üçün prezident Trampla əlaqə saxlayıb: “Ölkələr ədalətsiz ticarət təcrübələrini düzəltmək və bazarlarını sərbəst şəkildə ölkəmizə açmaq üçün bir-biri ilə yarışır”.
Leavitt bildirib ki, Tramp bu səhər ticarət komandası ilə görüşüb və administrasiyasına razılaşmaq istəyən hər bir ölkə üçün uyğunlaşdırılmış ticarət sazişləri yaratmağı tapşırıb.
Tramp Çinə cavab olaraq 50 faiz rüsum tətbiq edəcəyi ilə hədələmişdi
ABŞ prezidenti Donald Tramp “qurtuluş günü” olaraq xarakterizə etdiyi 2 apreldə digər ölkələrə tətbiq olunacaq 10% - 50% aralığında tarif dərəcələrini açıqlayıb. Bu çərçivədə ABŞ-ın Çindən idxalına 34 faiz gömrük rüsumu tətbiq edilib. Çin ABŞ-ın tarif artımına reaksiya verən ilk ölkə olub və 34 faizlik tarif artımına cavab olaraq eyni nisbətdə əlavə tarif tətbiq edəcəyini açıqlayıb.
Tramp, Çinin tariflərə cavab olaraq elan etdiyi 34 faizlik gömrük rüsumlarını geri götürməməsi halında ölkəyə əlavə 50 faizlik gömrük rüsumunu tətbiq edəcəyini açıqlamışdı.
ABŞ prezidenti Tramp, daha əvvəl fevralın 1-də imzaladığı fərmanla Çindən idxala 10 faiz gömrük rüsumu tətbiq etmişdi, martın 4-də isə Çin üçün tarif dərəcəsini 20 faizə qaldırmışdı.
Bu sərəncamlardan sonra ABŞ-ın Çindən idxala tətbiq etdiyi tarif dərəcəsi 104%-ə çatır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 22 d. əvvəl
- 29 d. əvvəl
- 51 d. əvvəl
-
55 d. əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı






.jpg)









.jpg)





