Avropada qazın qiyməti son 11 ayın ən aşağı səviyyəsində
Avropada təbii qazın qiymətləri 8 faiz azalaraq 33,5 avroya düşüb ki, bu da 2024-cü ilin mayından bəri ən aşağı səviyyədir.Avropada qaz qiymətləri bu həftəyə, ABŞ-ın ticarət tərəfdaşlarına tətbiq etdiyi gömrük rüsumları səbəbindən qlobal bazarlarda satış təzyiqinin dərinləşməsindən sonra kəskin enişlə başlayıb.
Marja xəbər verir ki, Avropanın təbii qaz ticarət mərkəzi olan TTF-də may ayı fyuçers müqavilələrində qazın meqavat-saat qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 4% azalaraq 35 avrodan açılıb.
Açılışdan sonra qiymət 8%-ədək düşərək 33,5 avronu görüb. Bu, 2024-cü ilin mayından bəri ən aşağı səviyyədir.
Qiymətlərin kəskin enməsinə səbəb ABŞ prezidenti Donald Trampın ötən həftə açıqladığı tariflər və ölkələrin bu tariflərə necə reaksiya verəcəyi ilə bağlı qeyri-müəyyənliklərdir.
ABŞ-ın proteksionist ticarət siyasətinin iqtisadiyyatı yavaşlatacağına dair narahatlıqlar əmtəə qiymətlərinə mənfi təsir göstərir, qlobal iqtisadiyyatdakı yavaşlamanın enerji tələbatını azaldacağı ilə bağlı narahatlıqlar qiymət enişlərinə təkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















